COVID-19 sahəsində çalışan xarici mütəxəssislər Azərbaycana gəlib
Tarix: 8-07-2020, 22:45 | Çap et
COVID-19 sahəsində çalışan xarici mütəxəssislər Azərbaycana gəlib

Prezident İlham Əliyevin Nazirlər Kabineti yanında Operativ Qərargaha göstərişinə uyğun olaraq yeni növ koronavirus (COVID-19) sahəsində çalışan bir qrup xarici mütəxəssis Azərbaycana gəlib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a bildirilib ki, COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimotoloq və pulmonoloqlar hazırda Operativ Qərargahın tibbi heyəti ilə görüşlər keçirir, COVID-19 pandemiyasına qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparılır.

Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net