Cəlilabad sakini 67 saylı DSK sədrindən prezidentə şikayət etdi
Tarix: 29-03-2016, 10:36 | Çap et
Cəlilabad sakini 67 saylı DSK sədrindən prezidentə şikayət etdi
Cəlilabad rayonunun Maşlıq kənd sakini Ağayev Teyyub Qaraxan oğlu «Təzadlar» qəzetinə ünvanladığı müraciətində MSK-nın 67 saylı Cəlilabad şəhər seçki dairəsinin sədri Mirsahib Sultanovdan prezidentə şikayət edib.

Müraciətdə deyilir:

«Hörmətli cənab Prezident!
Mən Ağayev Teyyub Qaraxan oğlu 1976-cı ildə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuşam. Ailəliyəm, üç övladım var. 1995-ci ildən sahibkarlıqla məşğulam. Sahibkarlıqla əvvəl mərhum atam məşğul olub, sonra isə mən davam etdirirəm.
Bildirmək istəyirəm ki, mənim fermamın yerləşdiyi ərazinin yaxınlığında MSK-nın 67 saylı Cəlilabad şəhər seçki dairəsinin sədri Mirsahib Sultanovun da ferması yerləşir. O, özünün rayon rəhbərliyi yanındakı nüfuzundan sui-istifadə edərək, mənə müəyyən problemlər yaradır. Belə ki, ötən il Mirsahib Sultanov Səlilabad rayon Polis Şöbəsinə müraciət edərək, bildirmişdir ki, guya mənim çobanım onun fermasından 100 ədəd ot bağlaması oğurlayıb və sahəsini otarmışdır. Bu gülünc ittihamla məndən polisə şikayət edən DSK sədrinin iddiasına rayon polisininin təhqiqatçıları da heç bir əsas olmadan haqq qazandırır. Nəticədə, məni get-gələ salırlar.
Hörmətli cənab Prezident!
Mənim mal-qaramı otaran çoban Lerik rayon sakini Möhübbət Mirzəyev 11 ildir ki, mənimlə işləyir. Ona fermanın yaxınlığında ailəsi ilə yaşaması üçün ev də tikdirmişəm. Hal-hazırda dörd övladı, özü və həyat yoldaşı ilə orada yaşayır. Hər ay çobana 200 manat əmək haqqı və aylıq ərzaqla təmin edirəm.
DSK sədri Mirsahib Sultanov isə gəlib dövlət işçisinə yaraşmayan söyüşlərlə çobanımı təhqir edir ki, «sən Teyub Ağayevin fermasından çıx, gəl mənimlə işlə».
Bunu çobanım istəmədikdə, DSK sədri ona deyib ki, «səni polisə verib həbs etdirəcəm».
İndi yaşlı çobanım qorxu içində yaşayır.
Bu dəfə isə DSK sədri özünə ziyan aktı tərtib edərək bildirmişdir ki, guya mən onun otlaq sahəsini otartmışam və nəticədə, ona 1200 manat dəyərində maddi ziyan dəyib. DSK sədri indi də məni məhkəməyə verməyə hazırlaşır. Bu ziyan aktını isə, ona verən şəxslər gəlib əraziyə baxış da keçirməyiblər. DSK sədri məni nazirlikdə işləyən oğlu Damət Sultanov və Biləsuvar gömürüyündə işləyən oğlu Dəyanət Sultanovla hədələyir.
Hörmətli cənab Prezident!
Mən sahibkar olaraq tikdiyim ferma ilə bağlı tikinti aktım var və sahibkar kimi dövlətə vergi ödəyirəm. Mirsahib Sultanovun isə heç bir tikinti aktı belə yoxdur. Yoxlamaq lazımdır ki, görəsən, DSK sədri dövlətə vergi verirmi?
Sizdən xahiş edirəm, məni bu adamın əlindən qurtarın. Siz həmişə çıxışlarınızda sahibkarlara dəstək olursunuz. İnanıram ki, bu müraciətim cavabsız qalmayacaq.
Öncədən sizə özüm və ailəm adından təşəkkürümü bildirirəm».
Məslə ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net