Lütfəli Babayev büdcə pullarını necə mənimsəyir?
Tarix: 22-01-2016, 10:14 | Çap et
Lütfəli Babayev büdcə pullarını necə mənimsəyir?
08 oktyabr 2012-ci il tarixdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı cənab Lütfəli Babayev, Zərdab şəhərində Prezident İlham Əliyevin iştiraki ilə aclışı həyata keçirilən Heydər Parkının 120 kvm-lik ərazisini 5 min manata satıb. Satiş icra başçısının 31 oktyabr 2012-ci il tarixli 113 nömrəli sərəncamı əsasında baş tutmuşdur.

İmzalanmış sərəncama əsasən, Məlikov Böyükkişi Elbrus oğluna satılmış ərazidən o, ticarət obyekti kimi istifadə etməli və layihələşdirilməsini də təsdiqlətməli idi. “Gündəm Xəbər”ə verilən məlumatlara görə, Böyükkişi Məlikov radikal dini qruplaşma olan vəhabi dini cərəyanın üzvüdür. O, 2012-ci ildə rayon ərazisində yerləşən restoranların birində dini toy kimi tanınan “Dərviş toyu” edir ki, həmin toyda da yalnız vəhabilər iştirak edirlər.

Keçirilən məclisdən sonra Böyükkişi Məlikov ailəsinin təkidinə baxmayaraq Bakı şəhərinə köçür və şəhərdə kirayə ev tutub yaşamağa da başlayır. O, bu günə kimi də, Bakı şəhərində yaşayır və Ləzgi məcidində də tez-tez ibadət edir. Bütün bunlara baxmayaraq, Böyükkişi Məlikov tez-tez Zərdab rayonuna gedib-gəlir. İcra başçısının Heydər Parkı ərazisindən ona qanunsuz satdığı ərazidə, yəni inşaasını 2015-ci ilin əvvəlində başa çatdırdığı obyektində, o, hətta ətraf rayonlardan gələn vəhabilərlə birgə İbadət də edir. Verilən məlumatlarda o da bildirilir ki, hələ bunlar azmış kimi, onlar qeyd olunan obyektdə tez-tez dini mərasimlər də kecirirlər.

Onun atası Elbrus kişi, vaxtilə DTXÇK Zərdab rayon şöbəsinin müdiri olub. Ölkə rəhbərinin ötən ilin əvvəlində imzaladığı müvafiq sərəncam əsasında DTXÇK ləğv olunduqdan sonra o, işsiz qalib. 2015-ci ildə isə, Böyükkişi Məlikov Suriyaya gedən döyüşlərdə iştirak etməyə gedərkən sərhəddən qaytarılır. Amma, onun dostu Ramiz adlı şəxs isə, radikal dindar olduğundan dövlət sərhəddini müəyyən yollarla keçir və bir müddətdən sonra isə, o, Suriyada gedən döyüşlərdə həlak olur. İcra başçısının adı korrupsiyada da hallanır Bundan əlavə, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lutfəli Babayevin adı korrupsiya faktlarında da hallanır.

Belə ki, “Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, 2015-ci ildə büdcədən rayonun Əlvənd kənd orta məktəbinin təmir və tikintisinə 93000 manat pul ayrılmış, rayonun Əlicanlı kəndindəki səhiyyə məntəqəsinin əsaslı təmirinə isə, 48000 manat pul ayrılır. Həmin pullar "İdrak-2"MMC-nin vasitəsi ilə, başçı tərəfindən mənimsənilir. Əvəzində isə, qeyd olunan müəssisələrdə yüngül rəngləmə işləri həyata keçirilir. Belə bir işlərin görülməsinə, ən yaxşı halda cəmi 5 min manat pul xərclənir.

Bütün bunlardan əlavə, “Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, icra başçısı vaxtilə təhsil şöbəsinin müdiri olmuş Baba müəllimin 1-ci qrup əlil olmasına da səbəb olan addımlar atıb. Yəni, o, dəfələrlə sabiq təhsil şöbəsinin müdirini şantaj etdirmiş və belə bir yollarla ondan əlavə pul da tələb etmişdir. Olmazın haqsızlıqlarla üz-üzə qalan Baba müəllim, bu cür oyunlara dözə bilməmiş, son anda infrakt keçirərək 1-ci qrup əlil də olmuşdur.

Qanunazidd addımlar atan övlad niyə cəzasız qalır? 2015-ci ilin iyun ayında icra başçısının oğlu Babaəli və kurəkəni Məhəmməd, qısqanclıq zəmnində başçının sürücüsü olan Həmid adlı şəxsi, rayonun çörəkbişirmə kombinatının qarşısında əhalinin gözü qarşısında döyürlər. Bundan əlavə, 2015-ci ilin yay aylarında Lütfəli Babayevin oğlu Babəli, Mingəçevir şəhərində avtoxuliqanlıq etdiyindən, o, şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılır. Həmin vaxt başçı daşıdığı vəzifəsindən sui-istifadə edir və oğlunu məsuliyyətdən də qurtara bilir. Lütfəli Babayevin ailəsi Mingəçevirdə, özü isə Zərdabda tək yaşayır.

Hətta, onun əxlaqımıza zidd əməllərlə məşğul olması haqda, müəyyən çevrələrdə bəzi söz-söhbətlər də dolaşmaqdadır. Yaşanan problemlərin varlığı diqqətimizi cəlb etdiyindən, araşdırmalarımız bundan sonra da davam edəcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net