“Üç ilə yaxın döyüşdü, başına 27 tikiş qoydular” – Brilliant Dadaşova
Tarix: 5-01-2021, 18:03 | Çap et
“Üç ilə yaxın döyüşdü, başına 27 tikiş qoydular” – Brilliant Dadaşova

“Bizim gəncliyimiz Qarabağ müharibəsi dövrünə düşdü. O acıları biz yaşamışıq. Mənim ailəmdən də müharibədə şəhid, qazi olan var. Birinci Qarabağ müharibəsində polis işləyən xalam oğlu şəhid olub. O, könüllü olaraq cəbhəyə getdi. İki-üç ildən sonra şəhid oldu. Sonuncu dəfə mənim toyumda iştirak etdi. Biz o şəkillərə baxıb ağlayırdıq. Heç ailə də qurmamışdı”.

Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova AzTV-də yayımlanan “Ən doğrusu” proqramında qonaq olarkən deyib. O, müğənni bacısı Lalə Dadaşovanın oğlunun da o zaman yaralandığını açıqlayıb:

“Bacım Lalənin oğlu da hərbi xidmətə yollanmışdı. Əsgər kimi vəzifəsini yerinə yetirdikdən sonra hərbçi olmaq istədi. Üç ilə yaxın döyüşdü, başından kontuziya zədəsi (ağır kəllə beyin travması) aldı, 27 tikiş qoydular. Çox həyat söndü, insanlar bədbəxt oldular. Bu ideoloji mübarizədə geridə qalmamalıyıq. Mən 44 günlük müharibə başlayanda o qədər ağlayırdım ki, başım ağrıyırdı. Ana kimi çox pis oluram”.

Könül
Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net