Kurt Kobeynin gitarası hərracda rekord qiymətə satıldı - FOTO
Tarix: 21-06-2020, 11:10 | Çap et
Kurt Kobeynin gitarası hərracda rekord qiymətə satıldı - FOTO

“Nirvana” qrupunun lideri Kurt Kobeynin gitarası ABŞ-da keçirilən hərracların birində altı milyon dollara satılıb.

Bu barədə hərrac şirkətinin sosial media hesabında məlumat yerləşdirilib.

Auksiondan əvvəl alətin qiyməti təxminən bir-iki milyon dollar civarında qiymətləndirilirdi. Alətə onun orijinal keysi də əlavə edilib.

“Martin D-18E” modelli elektrogitarada Kurt 1993-cü ildə baş tutmuş konsertində, ölümündən təxminən beş ay əvvəl ifa edib.

Bundan əvvəlki qiymət rekordu “Pink Floyd” qrupunun liderlərindən biri Devid Gilmorun gitarasına aid olub. O, 3,95 milyon dollara satılmışdı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net