Azercell, Bakcel, Nar böhran dövründə : Hansı operatora daha çox üstünlük verilir?
Tarix: 10-01-2017, 08:47 | Çap et
Azercell, Bakcel, Nar böhran dövründə : Hansı operatora daha çox üstünlük verilir?
İşsizlik, pulsuzluq bir çox abonentlərin istifadə etdikləri internetdən imtina etməsinə səbəb olur.

Hətta, şəhərlərarası telefonlardan da imtina edənlər mövcuddur. Bir neçə mobil operatorların xidmətindən istifadə edən abonentlərin sayı da azalıb. Kütləvi surətdə istifadə etdikləri telefon nömrələrindən imtina edirlər, ya da istifadələrində olan nömrələrə vəsait ödəməmələri səbəbindən nömrələri bağlanır və təkrar satışa çıxarılır. 6 ayla nömrələrə vəsait yükləməyən minlərlə abonent mövcuddur. Artıq vəziyyət o həddə çatıb ki, operatorlar xəbərdarlıq mesajları göndərir və yaxud dolayısı yolla abonentlərə işlətdikləri telefon nömrələrinə vəsait yüklənilməsini xahiş edirlər.Böhran hər yerdə olduğu kimi, Azercell, Bakcel və Nar mobil operatorlarını da ağuşuna alıb. İkinci halda isə abonentlər hazırki situasiyada mobil operatorlar arasında seçim etməyə başlayıblar. Bunun başlıca səbəbi isə operatorların abonentləri hansı səviyyədə aldatmamalarından irəli gəlir ki, abonentlər indiki böhran şəraitində maksimum onları az aldadan şirkətə üstünlük verirlər. Mən buna indiki böhran şəraitində, Azərbaycanda fəaliyyət göstərən mobil şirkətlər arasında ciddi cəhdlə başlanmış rəqabət mühitinin başlanğıcı da deyərdim. Bunu sonda bir cümlə ilə də olsa əhatə edəcəm. Hələlik mövzudan kənara çıxmamaq şərti ilə Azercell, Bakcel və Nar mobil operatorlarından daha çox hansının müvazinətini qoruyub saxladığının bir neçə başlıca səbəbinə diqqət yetirək.

Heç kimə sirr deyil ki, Azərbaycanda hər üç mobil şirkət abonentlərin balansında olan vəsaitlərinə “əl gəzdirir”. Bu vəziyyəti “ifrat” şəkildə, “orta hal” və “qismən” kateqoriyalarına bölsək, Azercell mobil operatoru Bakcell və Nar mobil operatorlarından fərqli davranır. Elə bir Bakcell abunəçisi tapmaq mümkün deyil ki, narazılıq etməsin, Nar mobil də həmçinin. Nar mobil operatorunun bir müddət əvvəl bəzi abonentlərinə xəbərdarlıq edərək, bu xidmət üzrə telefon nömrələrinin yeni texnologiyaları dəstəkləyə bilməyəcəyi səbəbindən yenilənməsi də səbəbsiz olmadı. Yeni və dublikart nömrələr verilərkən, abonentlərin xəbəri olmadan xidmətlərə qoşulması da bir az sonra kütləvi şəkildə Nar mobilə olan inamı müəyyən qədər sarsıtdı.

Hazırda əhalinin mütləq əksəriyyətinin istifadəsində Azercell mobil operatoruna aid telefon nömrələridir. Bu o anlama gəlməməlidir ki, Azercell mobil operatoru Azərbaycanda yaradılan ilk mobil şirkətdir, istifadəçilərinin sayı da bu səbəbdən çoxdur. Sadəcə Azercell abonentin xəbəri olmadan istifadəçini müxtəlif xidmətə qoşmur, danışıq müddətində balansdan ifrat şəkildə vəsait silmir. Bununla da, Azercell mobil operatorunu “qismən” kateqoriyasına aid etmək olar. Əlavə olaraq, Azercell abunəçiləri istənilən ekstremal şəraitdə bir-birilə əlaqə yarada bilir. Başlıcası isə son iki ildə yenilənir və böhrandan çıxış yollarını abonentlərə yükləyib, onların balansında on günlərlə qalan vəsaitə “əl gəzdirərək”, etibarını itirmir. Yəni, ölkə vətəndaşlarının bir müddət əvvəl fərqinə varmadan danışdıqları illərdən fərqli davranır, fəaliyyətində hazırki yerli şəraitin tələbinə uyğun yanaşma tərzi nümayiş etdirir. Bununla da, abunəçi üçün vəsaitin indiki şəraitdə nə qədər əhəmiyyətli olduğunu bilib, əvvəlki illərdən fərqli davranır, “qırmızı xətti” tapdalamır.

Nəticədə, nəinki abunəçilərini itirir, əksinə, digər operatorlardan imtinalarda Azercelli dəstəkləyənlərin sayını artırır. Bu amilin bir əsrdən çox dünya praktikasında böhran dövrü üçün sınanılmış ən uğurlu yanaşma olduğunu qiymətləndirə bilir.

Fuad İsgəndərov



Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : [email protected]
Designed by Daraaz.net