“Fənərbağça” klubu Məsul Özili transfer edib
Tarix: 17-01-2021, 14:24 | Çap et
“Fənərbağça” klubu Məsul Özili transfer edib

İstanbulun “Fənərbağça” klubu Almaniya vətəndaşı olan türk futbolçu Məsud Özili transfer edib.

AZƏRTAC Türkiyənin “ntvspor.net” idman portalına istinadla xəbər verir ki, razılaşmaya əsasən, futbolçu 3,5 il müddətində bu klubda çıxış edəcək.

Həm “Fənərbağça” klubunun, həm də Məsud Özilin sosial media hesablarında transferlə bağlı paylaşımlar edilib.

Xatırladaq ki, Məsud Özilin “Arsenal” klubu ilə müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.

Peşəkar futbolda karyerasına 2006-cı ildə başlayan M.Özil bir il “Şalke-04” komandasında forma geyindikdən sonra 2008-2010-cu illərdə “Verder Bremen”, 2010-2013-cü illərdə “Real Madrid” komandalarında çıxış edib. Futbolçu 2013-cü ildən “Arsenal”ın heyətindədir. O, Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionatının qalibi olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net