Millimizin yeni baş məşqçisi Bakıya gəldi
Tarix: 10-08-2020, 15:15 | Çap et
Millimizin yeni baş məşqçisi Bakıya gəldi

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu gün “Əlincə Arena”da keçiriləcək “Sabah” - “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.

64 yaşlı baş məşqçi COVİD-19 testi verib və analizinin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.

C. De Byazi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.

Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.Millimizin yeni baş məşqçisi Bakıya gəldi




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net