Zlatan İbrahimoviç mövsümün ən yaxşı transferlərindən hesab olundu
Tarix: 10-08-2020, 09:09 | Çap et
Zlatan İbrahimoviç mövsümün ən yaxşı transferlərindən hesab olundu

"Top-5" liqalarda mövsümün ən yaxşı transferlərindən ibarət simvolik komanda açıqlanıb.

"Report" xəbər verir ki, məşhur "Whoscored" statistika portalının versiyasına əsasən, "11-lik"də İtaliyanın "Milan" klubunun 39 yaşlı hücumçusu Zlatan İbrahimoviç də yer alıb.

Almaniya "Borussiya"sında (Dortmund) çıxış edən 20 yaşlı forvard Erlinq Holand da rəmzi komandaya düşüb.

Qeyd edək ki, 2010 - 2012-ci illərdə də "Milan"da çıxış edən Zlatan İbrahimoviç bu ilin əvvəlində İtaliya təmsilçisinə qayıdıb. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib. Erlinq Holand da yanvarda Avstriya "Zaltsburq"undan "Borussiya"ya keçib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net