Millimizin italiyalı baş məşqçisi azərbaycanca danışdı
Tarix: 30-07-2020, 19:06 | Çap et
Millimizin italiyalı baş məşqçisi azərbaycanca danışdı

AFFA ilə rəsmi müqavilə imzalayan Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi təyinatı ilə bağlı danışıb.

"Report" milli assosiasiyanın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis fikirlərini Azərbaycan dilində ifadə edib.

64 yaşlı baş məşqçi əvvəlcə hamını salamlayıb: "Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".

Qeyd edək ki, De Byazi ilə müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net