"Formula 1": Virtual Azərbaycan Qran-prisinin vaxtı açıqlandı
Tarix: 25-05-2020, 10:49 | Çap et
"Formula 1": Virtual Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

"Formula 1" üzrə virtual dünya çempionatının növbəti mərhələsinin keçiriləcəyi yer müəyyənləşib.

"Report"un məlumatına görə, "Playstation 4" oyun konsolunda gerçəkləşdirilən yarışın qarşıdakı Qran-prisi iyunun 7-də Bakı küçələrində təşkil olunacaq.

Bu mərhələ "Formula 1"də cari mövsümün startına, yəni, iyulun 5-dəki Avstriya Qran-prisinədək davam edəcək.

Qeyd edək ki, virtual dünya çempionatının son mərhələsi Monakoda keçirilib. Həmin Qran-prinin qalibi britaniyalı Corc Rassel ("Williams") olub. Yarışda peşəkar sürücülərlə yanaşı, İspaniyanın "Real Madrid" klubunun belçikalı qapıçısı Tibo Kurtua, İngiltərə "Arsenal"ının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq kimi məşhur futbolçular da qüvvəsini sınayır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net