"Formula 1": Böyük Britaniyada 2 Qran-prinin keçirilməsinə razılıq verildi
Tarix: 15-05-2020, 18:45 | Çap et
"Formula 1": Böyük Britaniyada 2 Qran-prinin keçirilməsinə razılıq verildi

"Formula 1" üzrə dünya çempionatının rəhbərliyi yarışın 2 mərhələsinin "Silverstoun" avtodromunda keçirilməsi ilə bağlı Böyük Britaniya Qran-prisinin təşkilatçıları ilə razılığa gəlib.

"Report"un məlumatına görə, bu barədə avtodromun direktoru Stüart Prinql yarış trassının rəsmi saytına açıqlamasında deyib.

Anlaşmadan məmnunluğunu dilə gətirən Prinql hər iki Qran-prinin azarkeşsiz keçiriləcəyini bildirib: "Amma biz yerli hökumətdən də yarışların keçirilməsi ilə bağlı razılıq almalıyıq. Çünki hələ də prioritetimiz yarışın bütün iştirakçılarının təhlükəsizliyini qorumaq və koronavirusla mübarizə qaydalarına ciddi riayət olunmasını təmin etməkdir".

Daha əvvəl Britaniya mətbuatı "Formula 1" rəhbərliyi ilə yerli təşkilatçılar arasında bir sıra maliyyə problemlərinin olduğunu yazıb. İddiaya görə, "Silverstone" trassının sahibləri azarkeşsiz keçiriləcək yarışların təşkili üçün 15 milyon funt-sterlinq tələb edib.

Qeyd edək ki, "Formula 1"də cari mövsümün ilk 2 mərhələsinin 5-8 iyulda Avstriyada keçirilməsi planlaşdırılır. Böyük Britaniyadakı yarışlar isə 19 və 23 iyul tarixlərində təşkil olunmalıdır.

Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net