MTN qalmaqalı daha bir oliqarxı bitirir
Tarix: 10-11-2015, 10:38 | Çap et
MTN qalmaqalı daha bir oliqarxı bitirir
Səhiyyə nazirinin müavini, ölkədə daha çox oliqarx məmurlar sırasında yer alan Elsevər Ağayevin də karyerası sona yaxınlaşır. Arqument.az xəbər verir ki, ölkədə dərman biznesinin önəmli hissəsini əlində cəmləşdirmiş Ağayevin bitirilməsinin səbəbi onun heç də hakimiyyət üçün uyğun olmayan bir adamla biznes ortağı olmasıdır.
Məlumatlarda iddia edilir ki, Səhiyyə Nazirliyinin İnnovasiya Mərkəzinin rəhbəri Pərvanə Mahmudova ilə nazir müavininin ortaq biznesinin varlığı artıq hakimiyyət dairələrinə məlum olub. Sabiq nazir Eldar Mahmudovun əmisi qızı olan Pərvanə Mahmudovanın fəaliyyəti isə hazırda yoxlanılır. Onun işində ciddi nöqsanlar aşkarlandığı da verilən məlumatlar sırasında var. Üstəlik, işin içində kifayət qədər ciddi korrupsiya faktlarının da olduğu deyilir.
Proseslərin gedişatını şərh edən mənbə Arqument.az-a bildirib ki, Pərvanə Mahmudova ilə indiyə qədər biznes ortağı olması bir kənara, bu məsələni əvvəldən gizlətməsi belə Elsevər Ağayevin işdən çıxarılmasını şərtləndirə bilər. Onun sözlərinə görə, hazırda nazir müavini maksimum dərəcədə bu qalmaqallardan kənarda qalmağa çalışır və adının mətbuatda hallanmasını istəmir.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net