Göyçay Xəstəxanasında milyonluq yeyintilər-ŞİKAYƏT
Tarix: 29-10-2015, 10:22 | Çap et
Göyçay Xəstəxanasında milyonluq yeyintilər-ŞİKAYƏT
“Mən 1993-cü il tarixdən 2012-ci ilə qədər Göyçay Mərkəzi Rayon Xəstəxanasında gözətçi işləmişəm. İşlədiyim müddət ərzində heç bir qanun pozuntularına yol verməmişəm. Sadəcə olaraq xəstəxananın baş həkimi Famil Zeynalovun korrupsiya əməllərindən bezərək 10 oktyabr 2012-ci il tarixdə öz ərizəmlə işdən çıxmaq məcburiyyətində qaldım”. Bu sözləri JAM.AZ-a Göyçay rayon, Nizami küçəsi döngə 1, ev 6-da yaşayan Elsəvər Əliyev yazaraq bildirib.

O yazır ki, Göyçay Mərkəzi Rayon Xəstəxanasının baş həkimi hər ay ondan təsərrüfat avadanlıqları ( süpürgə, işıq lampası, vedrə, dırmıq, çəkiş, bel və sairə) aldırıb. “Demək olar ki, bir qarnı ac, bir qarnı tox yaşayırdım. Əmək haqqım ancaq baş həkimin sifarişlərinə güclə çatırdı”.

Elsevər Əliyev bildirir ki, 2006-cı ildə Göyçay MRX-nın baş həkimi vəzifəsinə təyin olunan Famil Zeynalov 2014-cü ildə xəstəxanaya verilmiş bahalı "Flaqman" maşınını sataraq mənimsəyib. “Bu maşın səyyar olaraq ağciyərin flaqrafiya müayinəsini istənilən yerdə edir. Təcili Tibbi Yardım Stansiyasına hər gün 80 litr yanacaq ayrılsa da, onlara cəmi 15 litr benzin verilir. Qalan 65 litr isə gündəlik satılaraq baş həkimin cibinə gedir”.

JAM.AZ-a yazan Göyçay sakini vurğulayır ki, rayon mərkəzindən 50 km aralıda yerləşən Məlikkənd kəndinə , 30 km aralıda yerləşən Alpoud kəndinə çağrışa gedən təcili yardım maşınının nə qədər yanacaq işlətməsini hesablanarsa, hər şey aydın olacaq. “Bazarda 12 manata olan ağ xalatı Famil Zeynalov işçilərə 30 manata satır. 2012-ci ilin yayında Masallıdan Göyçay Mərkəzi Rayon Xəstəxanasına 2 yük maşını gətirilmiş təzə mebellərin yarıdan çoxu satılaraq, mənimsənilib. Təcili Tibbi Yardım Stansiyasına məxsus olan 23 AA 028 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil bir neçə ildir Famil həkimə məxsus 3000-dən çox qoyun sürüsü olan rayonun Qarayazı kəndindəki fermasına xidmət edir. Aylıq əmək haqqısı 250 manat olan Famil Zeynalovun özünün istifadəsində olan hər birinin dəyəri 150.000 manatdan çox olan 4 avtomobili var. Bura hektarlarla torpaq sahələrini, ticarət obyektlərini və möhtəşəm villaları da aid etsək baş həkimin baş korrrupsioner olduğunu aydın etmək mümkün olacaq”.

Xəstəxanada baş verən dəhşətli olaylardan bəhs edən Elsəvər Əliyev qeyd edir ki, Famil Zeynalovun əcaib işləri həddindən artıq çoxdur. “Aldığı rüşvətə görə ali təhsilli tibb işçisini vəzifəsindən kənarlaşdırıb, İnçə kənd xəstəxanasına orta təhsilli tibb işçisini baş həkim təyin edib. Analoji qaydada orta təhsili olan Könül Əliyevanı baş mühasib vəzifəsinə təyin edib ki, xanım öz fərasəti hesabına az müddətdə iki ədəd bahalı avtomobilə, obyektlərə və villalara sahib olub”.

O bildirir ki, rayonda 6400 nəfər şəkər, 1000 nəfər onkoloji və 3000 nəfər vərəmli xəstələr üçün dövlət tərəfindən ayrılmış dərmanlar satılaraq mənimsənilib. “Araşdırma aparılmalıdır ki, həmin xəstələr dövlətin ayırdığı pulsuz dərmanlarla təmin ediliblərmi ? Səhiyyə Nazirinin 2011-ci il 130 nömrəli əmrinə əsasən xəstələrə pulsuz verilməsi nəzərdə tutulan 146 növ dərmanlar apteklərdə pulla satdırılır”.

Onun sözlərinə görə, Göyçay Mərkəzi Rayon Xəstəxanasına stasionar müalicə alan xəstələrə gündəlik yemək verilmədiyindən onlara qohumları yemək gətirirlər. “Bütün ərzaqlar isə özünə məxsus maqazinlərdə satdırılır. Bundan başqa yaş senzinə görə qocalıq yaşı tamam olan rüşvət verməyə imkanı olmayan işçiləri dərhal təqaüdə göndərdiyi halda, yaşı 65-dən çox olan mühasib Könül Əliyevanın anası Xəstəxananın mətbəxində baş aşpaz kimi adı gedir. Ancaq orada nə yemək bişirilir, nə də aşpaz var”.

JAM.AZ-a göndərdiyi məktubunda Əliyev yazır ki, 2014-cü ilin oktyabr ayında Famil Zeynalov övladının xarici ölkədə müalicəsi üçün işçilərdən məcburi pul yığıb. “Hazırda Göyçay MRX-da cərrahiyə əməliyyatının qiyməti 800-1000 manat, doğum 500-600 manat, əlilliyin təyini, yəni Tibbi Sosial Ekspert Komissiyasına təqdim etmək üçün lazım olan forma 88 sənədi 500 manata ödəməlisən. Əks halda xidmət göstərlilmir. Bütün şöbə həkimlərinə iəs aylıq haqq kəsilib”.

Qeyd edək ki, bu həddindən artıq ağır ittihamlardır. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net