Deputata məxsus marketdə özbaşınalıq davam edir
Tarix: 29-07-2015, 11:27 | Çap et
Deputata məxsus marketdə özbaşınalıq davam edir
Ölkədə fəaliyyət göstərən iri marketlərin sayı günü-gündən çoxalır. Demək olar ki, hər addımda iri marketlərə rast gəlmək mümkündür. Lakin aparılan müşahidələr göstərir ki, marketlərin sayının çoxluğu onların keyfiyyətli xidmətindən xəbər vermir. Tez-tez vətəndaşlar redaksiyamıza marketlərdə üzləşdikləri neqativ hallarla bağlı müraciət edirlər. Belə marketlərdən biri də "Favorit" Marketlər Şəbəkəsidir.

Verilən məlumata görə, sözügedən marketdə müştərilərin hüquqları tez-tez pozulur. Orada satışa çıxarılan məhsullar keyfiyyət baxımından çox aşağı olur. Vaxtı ötmüş məhsulları müştərilərə sırıyırlar. Dəfələrlə bu cür hallar sözügedən marketdə aşkarlansa da, heç bir nəticəsi olmur. Hətta bu yaxınlarda vətəndaşların aldıqları məhsulların içərisindən həşərat da çıxmışdı. Vaxtı ötmüş məhsulları kampaniya adı altında satışa çıxarırlar. Hətta müştərilərə həmin məhsulların kataloqunu təqdim edirlər. Müştərilər isə məhsulların endirimlə satıldığını görüb həmin məhsullardan alırlar. Kompotların "belinə” stəkan sarıyıb satırlar. Bu cür vasitələrlə istehlakçıları şirnikləndirirlər. Bundan başqa "Favorit" Mağazalar Şəbəkəsi tez-tez məhsulların qiymətində artım edir. Xüsusilə də manatın məzənnəsi aşağı düşəndən bəri sözügedən marketin rəhbərliyi günü-gündən məhsulların qiymətini artırmaqla məşğuldur. Xüsusilə də "Favorit" marketlər şəbəkəsində meyvə-tərəvəz həddindən artıq baha qiymətə satılır. Əsasən hədiyyəli məhsullar satılmayan məhsullar olur. Əslində bu cür məhsullara tələbat olmadığına görə müştərilərin diqqətini cəlb etməyə çalışırlar. Bu səbəbdən də kampaniya adı altında müştərilərə təqdim edirlər. Maraqlıdır ki, gündəlik istifadə olunan əsas ərzaq məhsullarına belə kampaniyalar yoxdur. Keyfiyyətli, alıcıların daha çox üstünlük verdikləri məhsulların isə heç adını çəkməyə ehtiyac qalmır. Doğru deyirlər ki, yaxşı malın reklama ehtiyacı olmur. Marketlər gündəlik tələbat olan yağa, pendirə, toyuğa, balığa, digər ət məhsullarına nə yaxşı hədiyyə vermir, ya da bəzi satılmayan məhsullar kimi 10 faizlik endirim tətbiq eləmir? Alıcıların bəziləri deyirlər ki, keyfiyyətli mal heç vaxt hədiyyə verilməz. Əslində alıcının sözündə həqiqət var. Məsələn harada görünüb ki, keyfiyyətli məhsulu hədiyyə versinlər, yaxud da aşağı qiymətə satsınlar. Təəssüf ki, insanların əksəriyyəti iri marketlərin kampaniya hiyləsinin qurbanı olurlar.

Məhsulları anbarlarda qalıb, istifadə müddəti də keçir, ona görə də satıb qurtulmağa çalışırlar. Dükanlara da girəndə alıcıların gözünə ilk olaraq kampaniyalar "batır", artıq qıraqlara fikir vermirlər. Keyfiyyətli məhsula üstünlük verənlər isə bu cür kampaniyalara gözlərinin ucu ilə də baxmırlar. Bundan başqa "Favorit" Marketlər Şəbəkəsində vitrindəki qiymətlərlə kassada vurulan qiymət arasında çox fərq olur. Yəni vitrindəki qiymətlə kassadakı qiymət üst-üstə düşmür. Bu səbəbdən də müştəriylə kassir arasında dəfələrlə mübahisələr düşür. Mənbə bildirir ki, kassirlər alıcıya bildirirlər ki, vitrinə səhv baxmısınız. Bu kimi cavablarla özlərini müdafiə edirlər. Amma hər kəs bilir ki, müştəri həmişə haqlıdır.

Qeyd edək ki, "Favorit" marketlər şəbəkəsinin millət vəkillərindən birinə məxsus olduğu iddia edilir.
Gündəlik Bakı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net