Polisin əlini dişləyən aktrisanın cəzası bəlli oldu
Tarix: 10-07-2020, 13:44 | Çap et
Polisin əlini dişləyən aktrisanın cəzası bəlli oldu

Aktrisa Feyza Civelekin avtomobilini saxlamaq istəyən polisin əlini dişləməsi hadisəsi ilə bağlı məhkəmə qərarı verilib.

Musavat.com xəbər verir ki, üç fərqli cəzası olan Feyzanın 10 il həbs edilməsi tələb olunub. Sənətçinin vəkili isə tələb edilən qərarın ağır olduğunu bildirərək, Feyzanın cəzasının yüngülləşdirilməsini istəyib.

Vəkilin etirazından sonra hakim 10 il həbs olunma qərarını rədd edib.

Sonda Feyza 6 ay 7 gün azadlıqdan məhrum edilib. O, eyni zamanda 9 min 80 lirə təzminat ödəyəcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net