Rusiya hərbçisi Ermənistanda ölü tapıldı
Tarix: 4-07-2020, 22:55 | Çap et
Rusiya hərbçisi Ermənistanda ölü tapıldı

Rusiyanın Cənub Hərbi Dairəsinin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə Gümrüdə rusiyalı hərbi qulluqçusunun həlak olmasından sonra yoxlama aparıb.

"Report"un məlumatına görə, bu barədə Cənub Hərbi Dairəsinin nümayəndəsi RİA “Novosti”yə bildirib.

Məlumata görə, Rusiya hərbi qulluqçusunun meyitini Gümrüdəki evlərdən birində yerli asayiş keşikçiləri aşkar ediblər.

"Dairənin komandanlığı Ermənistanın hüquq-mühafizə orqanları ilə birlikdə ölüm faktı üzrə təhqiqat aparır", - agentliyə bildirilib.

KİV-in məlumatına görə, ölən şəxs Rusiyanın 20 yaşlı vətəndaşı, bu ölkənin 102 saylı Hərbi Bazasının hərbi qulluqçusudur. Onun meyiti yataq otağında tapılıb, yerdə həmçinin məktub aşkarlanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net