Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Tarix: 18-06-2020, 09:50 | Çap et
Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Alıbəyli kəndi ərazisində qeydə alınıb. Əliyev Şamil Zahid oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil qarşıdan gələn Rzayev İbrahim Hidayət oğlunun idarə etdiyi “Mercedes Vita” markalı avtomobillə toqquşub. Nəticədə Şamil Əliyevin idarə etdiyi avtomobildə olan sərnişin, 1972-ci il təvəllüdlü Baxşalıyev Sərvan Telman oğlu hadisə yerində həyatını itirib. Hər iki sürücü Şamil Əliyev və İbrahim Rzayev müxtəlif dərəcəli bədən xəsarəti alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net