“Kapital Bank”saxtakar direktora görə müəllimləri SOYUR
Tarix: 28-03-2016, 10:23 | Çap et
“Kapital Bank”saxtakar direktora görə müəllimləri SOYUR
“Onlarla müəllimin hüququ “Kapital Bank” ASC-nin Sabirabad filialının əməkdaşları vəM.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızıtərəfindən pozulub”. Vətəninfo.az xəbər verir ki.bu məlumat redaksiyanın elektron ünvanına daxil olub.
Məlumatda daha sonra qeyd edilir ki, 01.07.2015 il tarixindən zərərçəkən müəllimlər Sabirabad Rayon Prokurorluğuna şikayət ərizələri ilə rəsmi surətdə müraciət ediblər,Sabirabad rayonu M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı bir qrup müəllimlərə qarşı dələduzluq edilməsi faktlarına görə 15 iyul 2015-ci il tarixdə Diləfruz Mustafayeva barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Sabirabad rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi başlanılıb.
Daxil olan məlumatda daha sonra qeyd edilir ki, 04 sentyabr 2015-ci il tarixdə Diləfruz Mustafayeva Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub, Sabirabad rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Lakin kimlərinsə təzyiqi nəticəsində külli miqdarda dövlət vəsaiti mənimsəmiş cinayəkar direktor barəsində 05 sentyabr 2015-ci il tarixdə bu qərar dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.
Məlumatda deyilir ki, bu cinayət işinə əlavə olaraq 308.1 maddəsi ilə 06.12.2015-ci il tarixində Sabirabad rayon Prokurorluğu tərəfindən sabiq direktora qarşı ittiham elan olunub. 2015-ci ilin dekabr ayında bu cinayət işinin gedişatının düzgün aparılmadığı üçün zərərçkən müəllimlərin Baş Prokurorluğa edilən əsaslı şikayətlərindən sonra Cinayət işi Sabirabad Polis şöbəsindən alınaraq Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqinin icraatına verilib.
Zərərçəkən müəllimlərqaldırilmış cinayət işinin istintaq mərhələsinin doqquz aydan çoxdur ki, davam etməsi ucbatından əmək haqqlarını plastik kartdan ala bilmirlər,çünki “Kapital Bank” maaşın hamısını kartdan tutur,dəfələrlə rəsmi surətdə Bank rəhbərliyinə müraciət olunsada heç bir nəticə olmayıb.
“Biçarə qalan müəllimlərdən bəziləri Sabirabad rayon məhkəməsinə rəsmi surətdə müraciət edərək mülki iş üzrə iddia qaldırıblar və hansısa vəzifəli şəxsin təzyiqi ilə sabiq cinayətkar direktorun ev dustaqlığı Sabirabad Rayon Məhkəməsi tərəfindən hər dəfə dəfələrlə artırıldığı üçün,maddi rifahımız acınacaqlı vəziyyətə düşüb”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net