Oqtay Şirəliyevin işə yaramayan təcili tibbi yardım xidməti-VİDEO
Tarix: 8-09-2015, 10:09 | Çap et
Oqtay Şirəliyevin işə yaramayan təcili tibbi yardım xidməti-VİDEO
Hər kəsə məlumdur ki , ölkədə səhiyyənin durumu, tibbi xidmətin keyfiyyəti heç də ürəkaçan deyil

Bəzi xəstəxanalar xəstəni xəstə olduğuna peşman edirlər. Təcili tibbi yardım xidmətindən isə söz açmağa belə dəyməz. Əgər halın pisləşdisə təcilə yardımın gəlməyinə ümid etmə, ayağını uzat və əcəlini gözlə... BTV bildirir ki,Qaradağ rayonu Qobustan qəsəbə sakinləri də xəstəlkənməkdən “ qorxan”lardandır. Səbəb isə bu qəsəbədə təcili tibbi yardım xidmətinin yox dərəcəsində olmasıdır. Qəsəbə sakinləri ərazidə yerləşən və hindistan polisləri kimi həmişə iş-işdən keçəndən sonra özünü yetirən təcili tibbi yardım xidmətindən narazılıq edirlər. Onların sözlərinə görə, çox sayda əhalisi olan qəsəbənin tibb məntəqəsində yalnız 1 həkim var. Bu isə Qobustan qəsəbəsindəki tibb məntəqəsində tibbi xidmət keyfiyyətinin, ümumiyyətlə, vəziyyətin hansı yerdə olmasından xəbər verir.Tibbi məntəqəni uzaqdan gördükdə isə buranın bir tibb müəssisəsi olduğu belə ağıla gəlməz, çünki ilk baxışdan bura tərk edilmiş xarabalığa bənzəyir. Hər halda bizə düşən bu qəsəbənin sakinlərinə yalnız sağlamlıq arzulamaqdı. Buradakı təcili yardımın ümidinə qalsalar sonluğun necə olacağını dilə gətirməyə dəyməz. Ümid edək ki , səhiyyə nazirinin Qobustan əhlinə rəhmi gələr və onların dərdinə bir çarə tapar.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net