DANX : 8 Martda regionlarda ictimai nəqliyyat işləməyəcək
Tarix: 5-03-2021, 12:00 | Çap et
DANX : 8 Martda regionlarda ictimai nəqliyyat işləməyəcək
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə əsasən 6 mart saat 00:00-dan 9 mart saat 06:00-a qədər ölkədə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

"Report" xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

"8 Mart - Beynəlxalq qadınlar günü qeyri-iş günü olduğundan ictimai nəqliyyat bütün ölkə üzrə ardıcıl olaraq üç gün işləməyəcək", - deyə o, qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net