Milli Məclisin yaz sessiyası başa çatıb
Tarix: 31-05-2020, 17:14 | Çap et
Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

APA-nın məlumatına görə, Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, VI çağırış Milli Məclisin yaz sessiyasında 12 iclas keçirilib, 123 qanun və qərar qəbul edilib: “Prezident İlham Əliyevin parlamentin ilk iclasında verdiyi tövsiyə və tapşırıqların yerinə yetirilməsi üçün işlər görülüb. Yaz sessiyasının ilk günündən Milli Məclisin Aparatında və İşlər idarəsində islahatlar aparılıb. Milli Məclisin aparatında 13 əvəzinə 9 şöbə, işlər idarəsində 9 şöbə yerinə 4 şöbə saxlanılıb. İslahatlar parlamentin işinin daha yaxşı keçirilməsini təmin edəcək”.

İclas Dövlət himninin səslənməsi ilə başa çatıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net