Vidadi Zeynalovla başçı məmurları necə intihara çatdırırmış? - Kürdəmirdə
Tarix: 5-11-2015, 10:12 | Çap et
Vidadi Zeynalovla başçı məmurları necə intihara çatdırırmış? - Kürdəmirdə
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ifşa edilən qruplaşmanın işi Kürdəmirə də çatıb.

TİA.AZ-a verilən son məlumata görə, nazirliyin keçmiş aparat rəhbəri, həbs edilən Vidadi Zeynalovun rəhbərliyi ilə rayondakı bütün idarə rəislərinin telefonlarının dinlənilməsi aşkar olunub.
V.Zeynalovun istintaqa verdiyi ifadəsində bu faktların ortalığa çıxdığı iddia olunur. Məlumatda deyilir ki, sabiq aparat rəhbəri rayonun icra başçısı olan kürəkəni Ceyhun Cəfərova dinləmələrin materiallarını göndərməklə sahibkarlara, büdcə təşkilatları rəhbərlərinə, idarə və müəssisə sahiblərinə təzyiq göstərilməsinə zəmin yaradıb.
İş adamları bu yolla rayonun abadlaşma işlərinə zorla cəlb ediliblər. İdarə rəisləri, əsasən də büdcə idarələri borca girib özlərini xilas ediblər.
TİA.AZ-a daxil olan məlumata görə, sonuncu belə hadisələrdən biri intiharla nəticələnib. Ötən il Kürdəmir rayon Su-Kanal İdarəsinin rəisi Tariyel Kərimov intihara cəhd edib. O, iş yerində sirkə turşusu içdikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
İdarə rəisinin intihara cəhdinin bəzi təfərrüatları da məlum olub. T.Kərimov rayonun icra başçısı Ceyhun Cəfərovla mübahisə etdikdən sonra intihara əl atıb.
İcra başçısı T.Kərimovun qarşısında müəyyən tələblər qoyub, onları yerinə yetirməyəcəyi halda işdən çıxaracağı haqda xəbərdarlıq edib. Bu xəbərdarlığı aldıqdan sonra psixoloji gərginlik keçirən idarə müdiri, elə iş yerində intihara cəhd edib.
Kürdəmirdə bu səpgili hadisə isə ikinci dəfədir ki, baş verir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədov icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənmiş, ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləmişdi. Evə getdikdən sonra dünyasını dəyişmiş Gülbala Əsədovun ürək tutmasından vəfat etdiyi məlum olmuşdu.
Məlumata görə, Kürdəmirdə icra başçısı-məmur münasibətlərində ciddi gərginlik var. Yerli məmurlar C.Cəfərovun qanunsuz tələblərindən cana doyublar.
Məktəb direktorları, idarə müdirləri, hətta xəstəxana rəhbərləri müxtəlif qanunsuz “öhdəliklər” qarşısında çətin vəziyyətə düşüblər. Belə qanunsuz tələblərə etiraz edən Kürdəmir Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Feyzullayev ərizə yazıb işdən çıxmışdı.
TİA.AZ-ın əldə etdiyi xəbərə görə, bütün bu hadisələr məhz V.Zeynalovun dinləmələri nəticəsində baş verib. MTN-dəki təsbit olunan qruplaşma ilə paralel fəaliyyət göstərən sabiq rabitəçi ardınca Kürdəmirin icra hakiminə təhdid dolu materialları təqdim edirmiş.
Bu da ayrı-ayrı məmurların intihara cəhd, ürəktutması və s. halları ilə müşahidə edilib. Qaynağımız bildirib ki, iş adamlarının ən çox şikayət etdiyi əyalətlərdən biri Kürdəmir olduğu üçün MTN-RYTN daxilindəki şəbəkənin ifşa edilməsi ilə bu rayonda cərəyan edən proseslər də dərhal ictimailəşib. Mənbə bu istiqamətdə yeni xəbərlər olacağını da anons edib.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfi dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net