Kürdəmirdə seçki QALMAQALI
Tarix: 15-10-2015, 10:10 | Çap et
Kürdəmirdə seçki QALMAQALI
Milli Məclisə seçkilərə sayılı günlər qalıb. Artıq bir neçə gündür ki, təbliğat-təşviqat kampaniyasına start verilib.

Qaynar.info-ya daxil olan məlumata görə, Kürdəmir rayonunda isə təbliğat-təşviqat kampaniyası qalmaqalla müşahidə olunur. Belə ki, 11 nəfərin namizədliyinin qeydə alındığı 57 saylı Kürdəmir seçki dairəsi üzrə namizədlərdən yalnız birinin təbliğatı aparılır. Bütün idarə müəssisələrin rəhbərlərini və seçki məntəqələrinin sədrlərini bir araya toplayan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Ceyhun Cəfərov onlara 1 Noyabr seçkilərində qutulardan Müslüm Məmmədovun adının çıxmalı olduğu tapşırığını verib.

Seçkiqabağı təşviqat plakatlarının asılmalı olduğu yerlərdə yalnız Müslüm Məmmədovun şəkilləri asılıb. 13 oktyabr 2015-ci ildə Müslüm Məmmədov başçının tapşırığı ilə Rayon Mərkəzi Xəstəxanasında onun üçün təşkil edilmiş görüş zamanı həkimlərin etirazı ilə qarşılanmış, həkimlərin “Kürdəmirdə kişi yoxdurmu, sən burdan namizədliyini vermisən” sualına Müslüm Məmmədovun cavabı “belə məsləhət bilinib”, deyə olub. Etirazın artdığını görən baş həkim isə aranı sakitləşdirərək görüşü yarımçıq saxlamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Belçika Krallığının Brüssel şəhərində Azərbaycan Kommunikasiya Ofisinin Rəhbəri olan Müslüm Məmmədov Ucar rayon sakinidir. 2009-cu ildən Belçika Krallığında yaşayan Müslüm Məmmədovu Kürdəmir rayonuna bağlayan hər hansı bir əlaqə yoxdur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net