Xocavəndin icra başçısından İlham Əliyevə ŞİKAYƏT
Tarix: 30-09-2015, 11:25 | Çap et
Xocavəndin icra başçısından İlham Əliyevə ŞİKAYƏT
Redaksiyamıza müraciət edən Xocavənd rayon sakini Quliyev Aslan rayondakı məmur özbaşınalığından, xüsusən də icra hakimiyyəti başçısı Eyvaz Hüseynovun əməllərindən giley edir. Qeyd edək ki, müraciətini prezidentə və bir sıra dövlət qurumlarının rəhbərlərinə ünvanlayan Xocavənd sakini DİA.AZ-a yoladığı məktubunda bunları ifadə edib:

"Cənab Prezident, artıq 23 ildən çoxdur ki, Xocavənd rayonu Hüseynov Eyvazın zülümləri altında əzilir. Bu 23 ildə rayon sakinlərinin başlarına olmazın oyunlar gətirilib,zülümlər edilib. Əhalinin əllərində olan nə varsa müxtəlif yollarla əllərindən alınmışdır.”Qaçqınkom” –un əhaliyə verdiyi torpaqlardan 200 hr-nı da örüş adı ilə camaatdan ala raq özünün əkin sahələrinə qataraq torpaqlarını bir az da genişləndirmişdir.500 evlik qəsəbə sakinlərinə verilmiş 60 sot torpağı da vaxtlı vaxtında sulamağa imkan vermir.Çünki təzə çəkilmiş kanalın suyundan başçı özünün əkin sahələrini suvartdırır.Əhalinin haqlı narazılığına isə başçının qorxusundan baxan yoxdur.Hər iki qəsəbənin əsas ərazilərnii isə vəzifəsindən istifadə edərək özü üçün qeyri qanuni tikililərlə doldurmuşdur.Rayonun Haramı torpaqları isə tamamilə Hüseynov Eyvaz və müavini olmuş, Mustafayev Rəfayilın əlində cəmlənmişdir.Həmin torpaqları özlərinin qohumlarının adlarına sənədləşdirməklə başqa rayon sakinlərinə satırlar".

Daha sonra narazı vətəndaş dia.az-a yazır: "Əhalinin müxtəlif ünvanlara dəfələrlə etdikləri şikayətlərə baxmayaraq Hüseynov Eyvazın qanunsuz əməlləri bu gün də davam edir.Əhali &nb sp;içərisində elə rəy formalaşdırılır ki,guya onun güclü dayaqları var, ona heç kimin gücü çatmaz.Bütün bunlara inanmağa əhalinin haqqı çatır.Çünki bu 23 ildə ona bu cinayətlərinin qarşılığında gözün üstdə qaşın var deyən olmayıb.O yalançı vətənpərvərlik çıxışları ,özləri haqqda yaydıqları qəhrəmanlıq dastanları ilə müvəqqəti olsa da həm yuxarıları,həm də yerli sakinləri xeyli aldada bilmişdir.Bu çaşqınlıqdan istifadə edərək 1000 hektarlarla dövlət torpağını kənar şəxslərə sataraq dövlətin ayırdığı subsidiyaları, müavini Mustafayev Rəfail ilə mənimsəmiş,həmin torpaqlara, yarı qiymətinə, ayrılmış gübrəni isə baçqa rayonlarda satdırmışdır.Rayonun idarə və müəsissə rəhbərləri Hüseynov Eyvazın əlindən təngə gəlmişlər. Onun qanunsuz tələbləri isə azalmaq əvəzinə artmaqda davam edir. Müavini Azərin əlilə idarələrdən qanunsuz yığılan pulların sayı hesabı yoxdur. Haqlı olaraq Azəri Başçının şəxsi xəzinədarı adlandırırlar.Bütün bunlar azmış kimi büdcə təşkilatlarında çalışanları iməcilik adı ilə Nərgiz təpə deyilən əraziyə apararaq öz məqsədləri üçün işlədirlər.Hansı ki həmin ərazilərdə sizin göstərişlərinizə uyğun olaraq iri fermer təsərrüfatları yaranmalı idi.İri fermer təsərrüfatları yaranarsa qanunsuz istifadə etdikləti 1000 ha –la torpaqların əllərindən çıxacağını bilən İcra başçısı Nərgiz təpə ətrafında güclü təbliğati işlər görməyə başlamışdır.Birinci yaxşı reklam olduğu üçün şəhidlərin qanı tökülən yerlərdə ,büdcə təşkilatlarında işləyənlərin hesabına, xırda abidələr qoydurur,Nərgiz təpə ətrafında Şəhidlər üçün xatirə kompleksi tikdirir və bununla da həmin ərazidəki torpaqların dövlət tərəfindən istifadəsinin qarşısını almağa çalışır.Sanki o təpənin ətrafından başqa yerlərdə döyüş olmayıb,şəhid qanı tökülməyib.Rayona gələn qonaqları tozlu torpaqlı yollarla ora apararaq qonaqlıqlar verməklə öz təsərrüfatlarının toxunulmazlığını təmin edir.

Bu qonaqlıqlar həm də gələcəkdə öz təsərrüfatlarına dövlətin hesabına yol çəkilməsi məqsədi daşıyır.Çünki bütün işlərini dövlət vəsaiti hesabına görməyə alışmışlar.Misal olaraq həmin ərazilərdə yerləşən sub artezian quyularının qazılmasına və təmirinə bu illər ərzində nə qədər dövlət vəsaitinin xərcləndiyini, həmin vəsaiti verən “Qaçqınkom” dan və başqa təşkilatladan öyrənmək olar.Çünki, uzun illər qaçqınlar üçün icmalar yaradaraq qeyri hökümət təşkilatlarından milyonlar qopartmağa nail olmuşlar.Həmin vəsaitləri isə qaçqınlara deyil özlərinə sərf etmışlər.İndi aydın olur ki, yaşayış yerindən 40-50 km aralı bu abidələrin tikilməsi kimə lazımdır..

Cənab Prezident ! Sizin göstərişinizə əsasən məcburi köçkünlər üçün evlər tikildi.Onun necə paylanmasını isə Hüseynov Eyvaz və Mustafayev Rəfaildən soruşan olmadı. Çünki onların əhaliyə vermək adı ilə satdıqları evlər elə onların gözləri qarşısında yenidən 2-3 dəfə baha qiymətə satılır.Hüseynov Eyvazın hansı xidmətlərinə görə isə, dövlətin vəsaiti hesabına tikilmiş evlərdən , dövlət qaçqınkomun səlahiyyətli nümayəndələri xidməti ev adı ilə ona 10-15 ev hədiyyə etdi.O h əmin 4 otaqlı evlərdən birini özünə, birini müavini Rəfailə birini isə Mərkəzi Xəsataxanın baş həkiminə hədiyyə etdi, qalanlarını isə qorxudan hələ də əhalidən gizlədirlər.Hansı ki, o evlərə ehtiyacı olan məcburi köçkünlər yetərincədir.Onların hər üçünün isə demək olar ki, respublikanın müxtəlif yerlərində yetərincə evləri,villaları vardır".

Xocavənd sakini sonda dia.az-a yolladığı müraciətini bu cür tamamlayır: "Cənab Prezident! Əgər Siz Hüseynov Eyvazın əməllərini yoxlatdırsanız onun 23 ildə Xocavənd rayonun başına hansı oyunları açdığının şahidi olarsınız.Ona yaxınlığı ilə seçilən 2-3 idarənin yoxlanması bəs edər ki,onun əməlləri üzə çıxsın.Bu illər ərzində rayonun idarə və müəssisələrində aparılan yoxlamalar isə bir başa başçının işə qarışmasından sonra yarımçıq dayandırılmış və cinayətkarlar cəzasız qalmışdır.Və yaxud da açılmış cinayət işlərini batırmaq üçün cinayət işi başlamış rayonlardan cinayət işlərini götürərək özlərinə yaxınlığı ilə seçilən rayon prokurorluqlarına verərək cinayət işlərini xitam etdirmişlər.Beləcə bu illər ərzində rayonun cinayətkarları cəzasız qala biliblər.Bu da bir başa başçının fəaliyyəti sayəsində mümkün olmuşdur.Onların hər üçü eyni vəzifədə işləmə müddətinə görə və barələrində yazılan şikayətlərə görə” Ginnesin rekordlar” kitabına düşə bilərlər. İnanıram ki, yaxın günlərdə onların qanunsuz əməllərinə, əhalinin 23 illik əsarətinə son qoyulacaq,onlar bütün qanunsuz əməllərinə görə cinayət məsuliyyətə cəlb olunaraq layiqli cəzalarını alacaqlar".

Qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq...





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net