3 kəndin sakinləri yolu bağladılar-AKSİYA
Tarix: 28-07-2015, 14:10 | Çap et
3 kəndin sakinləri yolu bağladılar-AKSİYA
Saatlının Məzrəli, Dəlilər və Hacıqasımlı kəndinin sakinləri bu gün səhər saatlarından etibarən Saatlı-İmişli yolunu bağlayıblar. Bu barədə JAM.AZ-a məlumatı kənd sakinləri veriblər.

Onların bildirdiyinə görə, qeyd olunan kəndlərin əsas gəlir yeri balıqçılıqdır. Belə ki, hər üç kəndin yaxınlığında Sarı Su gölü yerləşir və uzunmüddətdir insanlar oradan balıq tutaraq, satmaqla ailələrini dolandırırlar. Lakin bir müddət əvvəl Sarı Su gölünə giriş bağlanılıb və ora Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına təhvil verilib. Ancaq ərazidə əli silahlı mülki geyimlilər gözə dəyir. Yəni, polis formasında olan heç kimlə rastlaşılmır.

Sakinlərin JAM.AZ-a verdiyi məlumata görə, həmin silahlı mülki geyimli şəxslər balıq tutmaq istəyən kənd sakinlərinin hər birindən aylıq 500 manat pul tələb edirlər. Əks təqdirdə, onlara balıqçılıqla məşğul olmağa imkan verilməyəcəyinə dair xəbərdarlıq edilib. Bundan qəzəblənən Hacıqasımlı, Mərzəli və Dəllər kəndinin sakinləri də etiraz olaraq Saatlı-İmişli yolunu bağlayıblar.

Məlumatda o da bildirilir ki, etiraz aksiyası keçirən sakinləri dağıtmaq üçün rayon Polis Şöbəsinin əməkdaşları əraziyə cəlb olunub. Son ana qədər toqquşmanın baş vermədiyinə dair bilgilər var. Amma polis əməkdaşları etirazçıları ərazidən uzaqlaşdıra da bilmir və çətinlik yaranıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net