Əziz Əzizovun meşə talanı
Tarix: 13-07-2015, 10:28 | Çap et
Əziz Əzizovun meşə talanı
Cəlilabadda meşələr kütləvi şəkildə qırılır. Bu barədə Bolgexeber.com-a rayondan məlumat verilib.Məlumatda deyilir ki, hər il yanacaq məqsədi ilə məhv edilən meşələrdən yüzlərlə maşın odun çıxarılır. Əhaliyə və təhsil şöbələrinə satılan həmin odunlardan isə külli miqdarda gəlir götürülür. Belə ki, hazırda rayonda bir maçın odunun qiyməti 350 manatdır.Bolgexeber.com-a daxil olan məlumatda o da deyilir ki, Cəlilabad Meşə Təsərrüfatı və Bərpası İdarəsinin rəhbərliyi bunu özünə əsl biznes seçib. Amma onun arxayın şəkildə hərəkət etməsi səsbəbsiz deyil. İddialara görə, idarə müdirinin sərbəst hərəkət etməsini şərtləndirən başlıca amil onun icra başçısı Əziz Əzizovla bu işdə ortaq olmasıdır. Məlumatlara görə, Əziz Əzizov hər ay Cəlilabad Meşə Təsərrüfatı və Bərpası İdarəsinin müdirindən 3000 manat “haqq” alaraq, baş verənlərə göz yumur.
Mövzu ilə bağlı əməkdaşlarımız Cəlilabad rayonundadır. Yaxın günlərdə aparılan araşdırma ilə bağlı geniş reportajı oxuculara təqdim edəcəyik.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net