Əsgərlərə Novruz sovqatı aparıldı
Tarix: 16-03-2017, 14:32 | Çap et
Əsgərlərə Novruz sovqatı aparıldı
Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə N saylı hərbi hissədə bayram tədbiri keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etmiş, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxumuşlar.

Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandirinin müavini polkovnik leytenant Babək Səmitli ilk sözü Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Mehdi Hüseyinzadəyə verdi. M.Hüseyinzadə hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin təbrikini çatdırdı. Sonra Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov çıxış edərək əsgər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik etmiş, öz ürək sözlərini bildirmişdir.

Təbriklərə qoşulan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik etmiş, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzulamışdır. Bildirmişdir ki, bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu formalaşıb. Bu, bizdə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə və növbəti Novruz tonqallarının doğma Qarabağımızda alovlandırılacağına, Azərbaycanın üçrəngli bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına böyük inam yaradıb.

Vertikal.az-ın məlumatına görə, tədbirin sonunda Respublika Hərbi Prokurorluğu və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və bayram sovqatı verilmişdir.

Sonra rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir.


Əsgərlərə Novruz sovqatı aparıldı
Əsgərlərə Novruz sovqatı aparıldı
Əsgərlərə Novruz sovqatı aparıldı
Əsgərlərə Novruz sovqatı aparıldı
Əsgərlərə Novruz sovqatı aparıldı
Əsgərlərə Novruz sovqatı aparıldı
Əsgərlərə Novruz sovqatı aparıldı
Əsgərlərə Novruz sovqatı aparıldı
Əsgərlərə Novruz sovqatı aparıldı




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net