Saatlı: başçının talançı şəbəkəsi və Şıxəliyevin “sehri” ifşa oldu - Özəl adlar
Tarix: 10-01-2017, 08:15 | Çap et
Saatlı: başçının talançı şəbəkəsi və Şıxəliyevin “sehri” ifşa oldu - Özəl adlar
Saatlı bir zamanlar keçmiş SSRİ-nin ən inkişaf etmiş pambıqçılıq rayonu olub

Araşdırma Qrupu xəbər verir ki, Siraqəddin Cabbarovun gəlişindən bəri regionun aqrar sektoru tənəzzül dövrünü yaşamaqdadır.

Onun rayona rəhbərliyi dövründə təkcə pambıqçılıq deyil, bütün sahələr üzrə durğunluq və böhran yaşanıb. Səbəb isə dövlətin ayırdığı vəsaitlərin təyinatı üzrə xərclənməməsi olub.

Hətta rayondakı ağac və kollar qurumağa başlayıb. Bunun tək səbəbi isə Saatlı Rayon Meliorasiya İdarəsi tərəfindən rayon ərazisindəki drenlərin təmizlənməməsidir.

Məlumata görə dövlət büdcəsindən hər il bu məqsədlərlə ayrılan vəsait RİH-nin başçısı Siraqəddin Cabbarovla idarənin rəisi Tahir Rzayev tərəfindən müəyyən adlar altında mənimsənilir.

Amma icra başçısının barəsində mediaya sızan informasiyaları ört-basdır etmək missiyası İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Lütfəli Şıxəliyevə tapşırılıb. L.Şıxəliyev Saatlıda böyük hörmətə malik bir ziyalı kimi tanınır.

Onun mətbuatda da nüfuzu və hörməti olduğu xəbər verilir. S.Cabbarov bu kadrının hörmətindən və əlaqələrindən istifadə edərək haqqında yayılan faktları gizlətməyi, ört-basdır etməyi xahiş edir.

Araşdırma Qrupu xəbər verir ki, icra başçısının müavinləri - Rahib Salahov və İlham Quliyev talançı şəbəkənin aparıcı fiqurları kimi adları keçir.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elnur Cəbrayılov, Memarlıq və tikinti şöbəsi müdiri Yusifəli İsgəndərov da icra başçısının büdcə pullarının talanmasında iştirak edən çetesinin üzvüdür.

Yada salaq ki, Saatlı rayonunda dəhşətli kopppusiya hallarının baş verdiyi ilə bağlı olduqca maraqlı məlumatlar ortaya çıxıb.

Rayonun Bəylər kənd sakini İlqar Nuxuşovun açıqladığı həmin faktlardan belə başa düşülür ki, Saatlıda İcra Hakimiyyəti səviyyəsində talançılıq həyata keçirilib, ayrılmış dövlət vəsaitləri təyinatları üzrə xərclənməyib.

İlqar Nuxuşov bildirir ki, 1985-ci ildən Saatlı rayon Təhsil Şöbəsində mühasib vəzifəsində çalışıb. 2006-cı ildən isə yerli təhsil şöbəsində baş mühasib kimi işləyib.

O qeyd edir ki, icra başçısının birinci müavini İlham Quliyev onu ötən ilin fevralında yanına çağıraraq, ərizəyislə işdən çıxmasını təklif edib.

Mühasib daha sonra bildirir ki, o da 2009-cu ildən etibarən icra başçısının birinci müavini İlham Quliyevin tapşırıqlarını yerinə yetirib.

Amma məsələ təkcə tapşırıqların yerinə yetirilməsiylə də yekunlaşmayıb. Çünki ortada tərəflər arasında heç də kiçik məbləğlərdə olmayan həddə alver baş verib. Bunu İlqar Nuxuşov da təsdiqləyir.

O, verdiyi açıqlamasında vurğulayır ki, 2014-cü ilin dekabrında İlham Quliyevin göstərişi əsasında işlədiyi Təhsil Şöbəsinə aid bir məsələnin həlli üçün 200 min manat pul verib.

Həmin pulu icra başçısının müavininə təqdim edib və üzərindən iki ay keçdikdən sonra işdən çıxarılması barədə xəbər alıb.

Nuxuşov bildirir ki, həmin 200 min manatı düzəltmək üçün o, 32 min manat kredit götürmək məcburiyyətində qalıb. Bu zaman işlədiyi Təhsil Şöbəsinin müəllimlərin adına xeyli miqdarda kredit yazdırmalı olub.

REGİON-XEBERLERİ


Xəbərlər
 
 
 
 
 
10-01-2017 08:24
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : [email protected]
Designed by Daraaz.net