Gəncədə pul yığımı uşaq bağçalarına çatdı 250-300 manat…
Tarix: 7-04-2016, 12:52 | Çap et
Gəncədə pul yığımı uşaq bağçalarına çatdı 250-300 manat…
Gəncə şəhərində bir pul rüzgarı əsir… Bizimxeber.az-a daxil olan daha bir məlumata görə, Maliyyə yoxlamaları adı altında Gəncə Təhsil Şöbəsinin pulqığma kompaniyası davam edir.
Məlumatda qeyd olunur ki, məktəblərdən pul yığanlar qətiyyən qorxmur. Şəhərinin bir neçə məktəbi – 4, 1, 23, 8, 24, 22 saylı tam orta məktəblər pulları yığıb təhvil verib. Diğər məktəblərdə isə bu iş yekunlaşmaq üzrədir.

Daha bir məlumata görə, bu yalnız məktəblərə aid deyil , eyni zamanda uşaq bağçalarında şamil edilib . Onlara qoyulan öhdəlik isə 200-250 manat civarındadır. Bu kompaniya hal-hazırda öz işini 3 nömrəli uşaq bağçasinda davam etdirir.
Elə isə maraqlıdır, bu pulyığma aksiyası kimə lazımdır və Elmar Vəliyev nədən bu qədər biabırçılığa göz yumur? Kim və niyə verib bu qərarı? Gəncədə hansı ciddi kadr dəyişiklikləri gözlənilir? Bu və diğər suallara yaxın günlərdə aydınlıq gətirəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net