Mikayıl Cabbarovun bu rayona baxanda ürəyi açılmayacaq...
Tarix: 16-02-2016, 10:16 | Çap et
Mikayıl Cabbarovun bu rayona baxanda ürəyi açılmayacaq...
Biləsuvar rayonu Ovçubərə kəndindəki İlham İsmayılov adına kənd orta məktəbinin müəllimləri Qafqaz Xəbər Agentliyinə şikayət məktubu göndərib.

Qafqaznews.az bildirir ki, Qalabəy Əmirov, Anar İmanov, Rasim Nəzərov və Rasim Əmirov şikayət məktubunda 2014-2015 -ci dərs ilində Biləsuvar rayon Ovçubərə kənd tam orta məktəbinin direktoru Mənsurə Şahverənovanın ciddi maliyyə pozuntularına yol vediyini qeyd ediblər.

“O, Nazirlər Kabinetinin qərarın heçə sayaraq, ikinci iş yerində Amankənd kənd ümumi orta məktəbinin fiziki tərbiyə müəllimi Zeynal Hüseynovun adına 14 saat keçirilməyən dərs yazıb, daha sonra, Ovçubərə kənd tam orta məktəbinin müəllimi Əmirov Qalabəyə 8 saat dərs verib. Lakin,həmin dərsləri seçkidə olan olan müəllim direktorun doğma dayısı oğlu Yadigarov Müşfiq Güloğlan oğlu keçmiş və bütün sinif jurnallarını da yazmışdır. Direktor öz növbəsində Zeynal və Qalabəy müəllimə yalnışlıqla sizin adınıza əmək haqqı yazmışam deyərək onlardan bu pulu dövlət büdcəsinə geri qaytarılması üçün alıb. Amma ,üstündən bir ildən artıq zaman keçməsinə baxmayaraq ,əldə edilən 360 manat haram pul hələ də dövlət büdcəsinə geri qaytarılmayıb”, – deyə məktubda bildirilir.

Bundan əlavə qeyd olunur ki, həmin ildə məktəbdə tədris edilən fizika ,əmək,astronomiya,rəsmxət fənləri (təqribən 22 saat ümumilikdə) bu dəfə qeyri- ixtisas müəllimlərinin adına yazılmışdır.Burda isə yenə də həmin pullar adlarına yazılan müəllimlərdən geri alınaraq ,direktor tərəfindən mənimsənilib.

Məktubda bildirilir: “Bu dərslərin seçkidə olan müəllimlər tərəfindən keçirilməsinə bilavasitə direktor şərait yaratmış ,əldə edilən təqribən 750 manat məbləğində pulu mənimsəyib. Göstərilən faktlar bütün sinif jurnallarında dəqiqliyi ilə öz əksini tapıb. Jurnalların surətini sizə göndəririk. 2016-cı il yanvarın 8-9-da Təhsil Nazirliyinin araşdırmaları zamanı müəllimlər xüsusilə də Qalabəy müəllim 110 manat, Zeynal müəllim isə 250 manat pulu birbaşa direktorun şəxsən özünə verdiklərini,heç bir dərs keçmədiklərini və bu barədə hər hansı bir məlumatları olmadıqlarını bildirdilər. Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov Zeynal Hüseynov adlı müəllimə 14 saat həftəlik dərs yükünün əmək haqqının verilməsinə şərait yaratmışdır. Nəzərinizə çatdırırıq ki,burda Təhsil şöbəsinin müdiri Balaqardaş müəllim və direktor Mənsura Şahverənova Nazirlər kabinetinin və prezidentin sərəncamını kobudcasına pozmuşdur.(Bir müəllim ikinci iş yerində yalnız 6 saat əvəzetmə yolu ilə dərs keçə bilər Nazirlər Kabinetinin qərarı.) Zeynal müəllimin həmin ildə ümumilikdə təqribən 38 saat dərsi olub, bunun 14 saatı Ovçubərə məktəbində əvəzetmə yolu ilə verilib.Bu əvəzetmə dərslərini isə heç vaxt dərs cədvəlinə yerləşdirmək olmaz. Zeynal müəllimin isə özünün xəbəri olmadan ona bu dərsləri yazan, daha sonra “yalnışlıqla olub” deyərək pulu dövlət büdcəsinə geri alan isə məktəbin direktoru Mənsuradır. Direktorun əmr kitabındakı əmri bunu təsdiq edir ki, 2015-ci il deputat seçkiləri zamanı IX sinifdə Əmirov Rasim Əmirxan oğlu fizika fənnini əvəzçilik qaydasında tədris etmişdir. Lakin, əmək haqqını isə Rasim müəllim almamış ,əvəzində əmək haqqı ixtisası fizika olmayan başqa müəllimə verilmişdir. Təshil Nazirliyi bu faktı da təsdiq etdi.Nəticə etibarı ilə Rasim müəllim halal zəhməti ilə keçdiyi dərsin pulunu ala bilməyib”

Şikayət məktubunda bəzi saxtakarlıqlar da qeyd olunub: “ Məktəbimizdə 2013-2014-cü ildə siniflərdə şagird sayı düz olsun deyə başqa məktəblərdən şagirdin özü yox, sənədləri bizim məktəbə, bizim məktəbdən isə başqa məktəbə direktor vasitəsi ilə ötürülərək saxta işlər görülərək şagird barteri edilmişdir. Həmin uşaqların siyahısı:

1. Buludzadə Gülsarə Rahim qızı . Şəxsiyyəti təsdiq edən sənəd AZ-İ № 738824

2. Səfərli Rəsul İsmayıl oğlu

3. Mirzəzadə Fidan Tahir qızı

4. Abbasova Narın Tərlan qızı

5. Əliyeva Zəhra Çingiz qızı

6. Muradova Aysel Kərəm qızı

Başqa məktəbə sənədləri gedən şagirdlər.

1. Əliyev Allahşükür Yaşar

2. Mustafayev Rahib Nəbi

Hüquq elmində belə bir deyim var: “Cinayətin vaxtı deyil, real olması araşdırılmalıdır”.

Bildirilir ki, maya dəyəri fakturada 460 manat göstərilmiş HP printer hal-hazırda məktəbdə yoxdur: “2014-2015-ci tədris ilində direktor Mənsurə Şahverənova Biləsuvar RTŞ-nin müdiri Balaqardaşla birlikdə məktəbə verilmiş inventarları maya dəyərindən 3-4 qat baha qiymətə hesablayaraq, dövlət büdcəsinə küllü miqdarda ziyan vurublar. Məsələn: real bazar qiyməti 400 manat olan 45 kv-lıq kondisioner 1038 manat, 80 azn olan printer 400 manat ,350 manatlıq stolüstü kompyüter 750 manat, 8 manatlıq stul 45 manat, 10 manatlıq odun peçi 45 manata rəsmiləşdirilib”.

Müəllimlər aidiyyatı orqanlardan bu problemi araşdırmağı və ölçü götürməyi xahiş ediblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
15-07-2020 11:56
 
 
 
 
15-07-2020 03:16
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net