İcra başçısı yol pulunu yeyib - Beyləqanda
Tarix: 9-12-2015, 11:34 | Çap et
İcra başçısı yol pulunu yeyib - Beyləqanda
Beyləqanda sakinlər şəhərdaxili küçə yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər. Şəkildə gördüyünüz küçə Beyləqan şəhərinin mərkəzi küçələrindən biridir.

VİZUAL.az-a verilən xəbərə görə, Beyləqanın küçələrində yolların bərbad vəziyyətdə olmasından şəhər sakinləri dəfələrlə şikayət edib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə şikayətlər və müraciətlər etmələrinə baxmayaraq nəticə dəyişmir, yollar bərbad vəziyyətdədir.
O, 2012-ci ilin aprel ayından etibarən rayona rəhbərlik edir. Amma onun başçı təyin edilməsindən sonra Beyləqanda problemlər nəinki azalıb, hətta əhalini narahat edən daha ciddi problemlər meydana gəlib ki, son iki ildə bunları həll etmək mümkün olmayıb.
Beyləqandakı etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, rayonun yolları olduqca bərbad vəziyyətdədir:
”Həm mərkəzdə, həm də kəndlərdə yollar istifadəyə yararsız hala düşüb. Yol tikintisinə görə büdcədən vəsait ayrılsa da, heç bir iş görülmür. Məsələn, Əmirzayidli kəndinə gedib gəlmək müşkülə çevrilib.
Sakinlər 20 dəqiqəlik yolu 4 saata gedirlər. Qış aylarında əhali ikiqat zülm yaşayır. Xəstələri rayon mərkəzinə çatdırmaq olmur.
Beyləqanın mərkəzi yolları da tamamilə bərbad haldadır. Kənd yolları ilə eyni səviyyədədir. Yolların təmiri ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət olunub, ancaq camaatın başını aldadıb öz işlərini görürlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net