İŞİD Misirdə rəsmən işğala başladı
Tarix: 3-07-2015, 10:00 | Çap et
İŞİD Misirdə rəsmən işğala başladı
İŞİD-in Misir qolunun ötən gün başladığı əməliyyatın miqyası genişlənir.

Axar.az xəbər verir ki, Suriya, İraq və Liviyada böyük əraziləri işğal edən təşkilat ilk dəfə Misirdə bədəvilərin yaşadığı Şeyx Zuveyd qəsəbəsini ələ keçirib.

Hadisələr haqqında ilk rəsmi açıqlama verən Misirin Baş naziri İbrahim Məhləb ölkəsinin rəsmən müharibəyə sürükləndiyini elan edib.

Misir Silahlı Qüvvələrindən verilən açıqlamada isə qısa zamanda terrorçuların Sina yarımadasından təmizlənəcəyi deyilib:

“Silahlı qüvvələr terrora qarşı amansız döyüş aparır. Biz terrorun kökünü kəsmək üçün lazım olan hər şeyə sahibik. Sina yarımadası terrordan təmizlənənə qədər dayanmayacağıq”.

Xatırladaq ki, ötən gündən başlanan qarşıdurmalarda çoxu hərbçi olmaqla 70-dən çox insan öldürülüb. Qeyri-rəsmi məlumatlara görə, ölənlərin sayı 200-ü keçib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net