Mayk Bird: “Yunanıstanı yəhudilər çökürdür”
Tarix: 2-07-2015, 11:30 | Çap et
Mayk Bird: “Yunanıstanı yəhudilər çökürdür”
Yunanıstanın paytaxtı Afinada olan amerikalı jurnalist Mayk Bird Yunanıstanda “Sionist liderlərin protokolları” kimi yəhudilər əleyhinə olan kitabların çox məşhur olduğunu söyləyib.

Axar.az xəbər verir ki, jurnalistin fikrincə, yunanlar ölkələrinin iqtisadi çöküşündə ən birinci yəhudi bankirləri günahlandırırlar.

Mayk Bird “Business Insider” (Daxili biznes) jurnalı üçün qələmə aldığı yazıda bunları qeyd edib:

“Dünən axşam Yunanıstana gəldim və dərhal yunan banklarının pullarını almaq üçün növbə gözləyən müştəriləri ilə danışmağa getdim. Gənc yunanlarla söhbətləşərkən bir kişi yaxınlaşaraq ölkənin hazırki durumunun əsas günahkarlarının sionistlər olduğunu bildirdi”.

Başlıca sionist xainlərin Rotşild bankirlərinin olduğunu bildirən kişi belə deyib:

“Biz, yunan-romalılar insanlara işıq vermişik. Ancaq indi əvvəlkinə nisbətən işığımız azdır. Bu da almanların və avropalıların günahı deyil. Böhranımızın köklərinə enmək lazımdır. Sionistlər Yunanıstanı əzməyə çalışırlar”.

Belə fikirlərin istisna hal olmadığını və pıçıltı ilə ağızdan ağıza ötürülmədiyini, uzun növbələrdə bir çox yunan vətəndaşı tərəfindən yüksək səslə dilə gətirildiyini qeyd edən jurnalist belə yazıb:

“Yeri gəlmişkən, yunanlar Rotşildlərin və digər sionistlərin təkcə Avropa maliyyə bazarlarına deyil, ABŞ Federal Ehtiyat Sisteminə nəzarət etdiyinə də əmindirlər”. Jurnalist ağır iqtisadi böhran və cəmiyyətdəki çaxnaşmaya baxmayaraq, Afinadakı restoran və barların gecə boyu dolu olduğunu da vurğulayıb:

“Gənclər gecə boyu restoranlarda əylənirlər. Yunanıstanda həqiqətən də nağd pul qıtlığı varsa, bunun nə qədər davam edəcəyini bilmirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net