İŞİD Palmira şəhərindəki antik abidəni yerlə yeksan etdi
Tarix: 23-06-2015, 11:10 | Çap et
İŞİD Palmira şəhərindəki antik abidəni yerlə yeksan etdi
İslamazeri.az Suriya mediasına istinadən xəbər verir ki, İŞİD terrorçularına bağlı sosial media hesabları Suriyanın Palmira şəhərində antik abidənin partladılma fotolarını paylaşıblar. Terrorçular öncə əllərində olan bomba dolu kanistirlərlə hündürlükdə yerləşən tarixi abidəyə doğru qalxırlar. Daha sonra uzaqdan idarə olunan bombalar işə salınır. Xatırladaq ki, Suriya ordusu mayın 20-də UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Palmira şəhərini tərk etmək məcburiyyətində qalmışdı. Sakinlər təxliyyə edilmiş, daşına bilən qiymətli tarixi əşyalar şəhərdən çıxarılmışdı. İŞİD terrorçuları isə daşınması mümkün olmayan tarixi əsərlərin çoxunu məhv etmişdi.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net