Ermənistanda iqtisadi çöküş: - Müharibə böhranı daha da dərinləşdirib
Tarix: 26-01-2021, 16:08 | Çap et
Ermənistanda iqtisadi çöküş: - Müharibə böhranı daha da dərinləşdirib

Ölkə iqtisadi çöküş içərisindədir. Epidemiya, müharibə, sosial problemlər vəziyyəti daha da kəskinləşdirib. Biznes və cəmiyyət bir çox qeyri-müəyyənlik faktoruna görə mənfi çağırışlarla üz-üzədir, bu da böhranı daha da dərinləşdirir. Bəs hökumət nə edir? Heç nə, sözün əsl mənasında heç nə etmir.
Azvision.az xəbər verir ki, bunu erməni iqtisadçı Karlen Xaçatryan bildirib.

Onun sözlərinə görə, ölkənin ən vacib iqtisadi sənədinin büdcə olduğu heç kimə sirr deyil. 2021-ci ilin dövlət büdcəsi demək olar ki, 2020-ci il büdcəsi ilə heç nəylə fərqlənmir. Eyni struktur, eyni rəqəmlərdir.

"2021-ci il dövlət büdcəsinin göstəricilərini əvvəlki ilin büdcəsi ilə müqayisə etdikdə, xərc maddələrində ciddi bir dəyişiklik olmadığını görürük. Ən böyük fərq - borc yükünün artması səbəbindən dövlət borcunun idarə edilməsinə xərclərin təxminən 27 milyard dram artması, yol şəbəkəsinin yaxşılaşdırılması üçün vəsaitin 17 milyard dramdan çox, investisiya proqramları və ixracın təşviqi proqramları üçün vəsaitlər 5.8 milyard dram, su təchizatı, kanalizasiya və elektrik təchizatı sistemlərinin inkişafı proqramlarına ayrılan vəsaitin 8,1 milyard dram, məktəblərin seysmik təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı xərclərin təxminən 6 milyard dram azalmasıdır.

Digər tərəfdən, polisə ayrılan vəsait 17 milyard dram, baş nazirlik aparatının ofisinin xərcləri 9 milyard dramdan çox, vergi və gömrük orqanlarının xərcləri 3,8 milyard dram artırılır, məğlub olmuş ölkənin müdafiə xərclərinin ümumilikdə 3,4 milyard dram artırılması nəzərdə tutulub. Təbii ki, toxunulmaz fond kimi mükafat fondlarının büdcəsi əhəmiyyətli dərəcədə dəyişməyib", - deyə erməni iqtisadçı bildirib.

O əlavə edib ki, 2021-ci ilin dövlət büdcəsi iqtisadi böhrandan çıxmaq üçün deyil: "Bu büdcə ilə gündən-günə artan iqtisadi fəlakətə tab gətirə biləcəyikmi? Hesab edirəm ki, cavab aydındır. Mütləq şəkildə yox. Hakim siyasi komandanın vəziyyəti dəyişdirmək və iqtisadiyyatda sıçrayış etmək potensialı varmı? Açığı, bunun üçün nə istək, nə də potensial var".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net