Kanadanın baş naziri koronavirusun ikinci dalğasının gəldiyini elan etdi
Tarix: 24-09-2020, 12:14 | Çap et
Kanadanın baş naziri koronavirusun ikinci dalğasının gəldiyini elan etdi

Kanadanın Baş naziri Castin Trüdo ölkəyə COVID-19-un ikinci dalğasının gəldiyini elan edib.

“CTV News” telekanalı xəbər verir ki, bununla əlaqədar olaraq baş nazir Kanada vətəndaşlarına müraciət edib.

C.Trüdo xəbərdarlıq edib ki, pandemiyanın ikinci dalğası daha təhlükəlidir.

Hökumət başçısı Kanada sakinlərini qoruyucu maskalardan istifadə etməyə, sosial məsafəyə riayət etməyə və virus əleyhinə peyvənd vurdurmağa çağırıb.

Qeyd edək ki, Kanadada 147 753 şəxsin koronavirusa yoluxduğu aşkar edilib, 9 243 xəstə pandemiyanın qurbanı olub.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net