Rusiyanın COVID-19 əleyhinə peyvəndi dünyada ilk sertifikatlaşdırılmış vaksin olacaq
Tarix: 4-08-2020, 11:25 | Çap et
Rusiyanın COVID-19 əleyhinə peyvəndi dünyada ilk sertifikatlaşdırılmış vaksin olacaq

Koronavirusa qarşı Rusiya peyvəndi yaxın 10 gün ərzində qeydiyyata alına bilər, bundan sonra o, dünyada COVID-19 əleyhinə istehsalına başlanacaq ilk peyvənd olacaq.

Vesti.ru xəbər verir ki, ilin sonunda peyvəndin istehsal həcmi ayda 10 milyon doza olmalıdır.

Hindistan və Braziliya da daxil olmaqla, iyirmidən çox dövlət rusiyalı tərəfdaşlarına sözügedən peyvəndi öz ərazilərində istehsal etmək istədiklərini bildiriblər.

Qeyd olunur ki, Rusiyanın hazırladığı peyvəndin orqanizm üçün təhlükəsizliyi təsdiqlənib və heç bir yan təsiri müşahidə edilməyib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net