Almaniyada son sutkada koronavirusdan 1 nəfər ölüb
Tarix: 13-07-2020, 10:09 | Çap et
Almaniyada son sutkada koronavirusdan 1 nəfər ölüb

Almaniyada koronavirusdan ölənlərin sayında kəskin azalma müşahidə edilir.

“Report” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.

Məlumata görə, son 24 saatda yalnız 1 nəfər virusun qurbanı olub. Eyni dövr ərzində 159 nəfərdə koronavirus aşkarlanıb.

Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 198 963 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 9 064 nəfər ölüb, 185 mindən çox pasiyent isə sağalıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net