Tramp imtahana öz yerinə başqasını göndərərək universitetə girib - Prezidentin qardaşı qızı
Tarix: 8-07-2020, 16:23 | Çap et
Tramp imtahana öz yerinə başqasını göndərərək universitetə girib - Prezidentin qardaşı qızı
Tramp özünün iştirak etməli olduğu imtahana başqasını göndərib.

Avropa.info xəbər verir ki, bu sensasiyalı iddia ABŞ prezidenti Donald Trampın qardaşı qızı Meri Trampın yeni çapdan çıxacaq "Həddindən çox və əsla kifayət etmir: Ailəm dünyanın ən təhlükəli adamını necə yaratdı?" adlı kitabında yer alıb. Kitabın bəzi hissələri ABŞ mətbuatına sızıb.

Meri Tramp kitabda əmisi Donald Trampı "dünyanın vəziyyəti, iqtisadi təhlükəsizliyi və sosial əsaslarını hədələyən biri kimi göstərir.

Mari Trampın yazdığına görə, prezident Tramp Kuinsdə yuxarı sinif şagirdi ikən SAT adlı universitet imtahanına öz yerinə pulla başqa birini salıb və bunun sayəsində Pensilvaniya ştatındakı Varton İdarəetmə fakültəsinə daxil ola bilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net