Yerevanda hökumət binasının qarşısında aksiya keçirilib
Tarix: 7-07-2020, 16:42 | Çap et
Yerevanda hökumət binasının qarşısında aksiya keçirilib

Ermənistanın keçmiş hakim Respublikaçılar Partiyasına üzv olan bir qrup gənc Yerevanda hökumət binası qarşısında etiraz aksiyası keçirib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Partiyanın Gənclər Təşkilatının sədri Hayk Məmicanyan bildirib ki, fleşmobun məqsədi korrupsiya qalmaqalına, hakimiyyətin konstitusiyanı dəyişməklə bağlı qanunsuz əməllərinə etiraz etməkdir.

Aksiya iştirakçıları hökumət binasının qarşısına böyük hərflərlə “Krasnodar” və “Voronej” sözləri yazılan maketlər qoyublar.

Onlar bildirib ki, Ermənistandan qaçaqmalçılıq yolu ilə həmin şəhərlərə siqaret aparılıb: “Karantin vaxtı qanunsuz olaraq siqaret daşınmasından hökumət xəbərsiz olub?”.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni, bu ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan bu barədə məlumat yaymışdı.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net