Ukraynada azərbaycanlılardan ibarət dəstə tutuldu - FOTO
Tarix: 28-06-2020, 22:58 | Çap et
Ukraynada azərbaycanlılardan ibarət dəstə tutuldu - FOTO

Ukraynanın Dnepr əyalətində üç azərbaycanlı tutulub.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, onlar əyalətin Kriniçanskiy rayonunda yerləşən qocalar evinə basqında ittiham edilirlər.

Məlumatlara görə, dəstə üzvləri qocalar evinə pəncərədən daxil olublar. Onlar 78 yaşlı kişi və 81 yaşlı qadına bıçaqla hücum edərək, əllərini bağlayıb və pullarını, zinət əşyalarını ələ keçiriblər. Hadisədən sonra dəstə üzvləri naməlum istiqamətdə qaçıblar.

Saxlanılan zaman onların Ukraynada yaşamaq icazəsinin olduğu müəyyənləşib. Axtarışlar nəticəsində oğurlanan mallar onların qaldığı evdən aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb









Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net