Yunanıstandan miqrant xəbərdarlığı
Tarix: 29-02-2016, 10:34 | Çap et
Yunanıstandan miqrant xəbərdarlığı
Yunanıstan xəbərdarlıq edir ki, ərazisində “ilişib qalan” miqrantların sayı növbəti həftələrdə üç dəfə arta, 70 minə çata bilər. Səbəb də Balkan ölkələrinin sərhədləri bağlamasıdır.

“Hesablamalarımıza görə, 50 mindən 70 minədək miqrant ölkəmizdə qalmalı olacaq. Bunun gələn ay baş verəcəyinə inanıram,” Miqrasiya naziri Yannis Mouzalas fevralın 28-də deyib. O, 22 min miqrantın artıq Yunanıstanda olduğunu sözlərinə əlavə edib.

Yunanıstan on minlərlə miqrantdan ötrü Avropaya əsas qapıdır. Miqrantlar Yaxın Şərqdə müharibədən, yoxsulluqdan qaçırlar.

4 Balkan ölkəsi – Sloveniya, Xorvatiya, Serbiya və Makedoniya sərhədi keçən miqrant sayına limit qoyub, günə ancaq 580 miqrant keçə bilər. Daha öncə Avstriya günə 80 nəfərlik limit qoymuşdu.

Afina Vyananı sərhəd məhdudiyyətlərində domino effekti yaratmaqda ittiham edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net