Bayden Poroşenko ilə telefonda nədən danışıb?
Tarix: 19-02-2016, 09:35 | Çap et
Bayden Poroşenko ilə telefonda nədən danışıb?
ABŞ-ın vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Petro Poroshenko-ya zəng edərək onun antikorrupsiya qanunvericiliyini qəbul etməsini alqışlayıb.

Ağ evin məlumatına görə, vitse-prezident Poroshenko-nu bu müsbət işi davam etdirməyə çağırıb.

Həmin qanunvericiliyin qəbulunu Beynəlxalq Valyuta Fondu tələb edirdi, əks halda, Ukraynana 40 milyard dollarlıq yardımı dayandırmaqla hədələyirdi.

Biden Poroshenko-nun Baş prokuror Viktor Shokin-i dəyişmək qərarını da alqışlayıb.

ABŞ rəsmiləri uzun müddətdir açıq şəkildə bildirirdilər ki, Ukrayna ədliyyə sisteminə inamın bərpası üçün Shokin istefa verməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net