BMT İŞİD-in başlıca gəlir mənbəyini açıqlayıb
Tarix: 10-02-2016, 10:04 | Çap et
BMT İŞİD-in başlıca gəlir mənbəyini açıqlayıb
İŞİD terror təşkilatı neft satışını davam etdirir. BMT Təhlükəsizlik Şurası (TŞ) tərəfindən bundan əvvəl qəbul edilən terrorçuların maliyyələşdirmə mənbələri ilə mübarizə üzrə qətnaməyə baxmayaraq terrorçuların neftdən gələn gəlirlərdən əldə etdikləri mənfəət başlıca yer tutur.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin siyasi məsələlər üzrə müavini Ceffri Feltman TŞ-nin toplantısında çıxışı zamanı məlumat verib.

O bildirib ki, İŞİD tez və effektiv böyük resursları səfərbər etməyə qadirdir: "Əsasən uzunmüddətli qeyri-sabitlik və münaqişələr səbəbilə Suriya və İraqda yaranan İŞİD maliyyə resurslarının axını və transmilli cinayətkar qruplaşmalarla əlaqələrdən xeyir əldə edir və öz fəaliyyətini digər regionlara doğru genişləndirir.

Başlıca maliyyə mənbəyi neft və işğal edilən ərazilərin digər təbii resursları, vergilərin toplanılması, arxeoloji işlərin aparıldığı yerlərin qarəti, xarici ianə, girovlara görə ödənilən pul və digər maliyyə sxemləridir, məsələn internet və sosial şəbəkələrdən vəsait toplanması üçün istifadə."

BMT baş katibinin hesabatında söylənilir ki, 2015-ci ildə neft və neft məhsulları satışından İŞİD-in gəlirlərinin həcmi 400-500 milyon dollar təşkil edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
23-01-2019 13:47
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net