İŞİD-in əraziləri 30 faiz azalıb
Tarix: 6-01-2016, 09:36 | Çap et
İŞİD-in əraziləri 30 faiz azalıb
İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının İraq və Suriyada tutduğu ərazilər ötən il 30 faizədək azalıb. Bunu qruplaşma ilə vuruşan ABŞ koalisiyası bildirir.

“İD İraqdakı ərazinin 40, Suriyadakı ərazinin isə 20 faizini itirib və hazırda müdafiə mövqeyindədir”, koalisiyanın sözçüsü polkovnik Steve Warren yanvarın 5-də Bağdadda deyib.

Koalisiyanın hava zərbələrinin dəstəyi ilə kürd qüvvələri İD-i Sincardan və İraqın şimalında digər ərazilərdən çıxarıb. Türkiyə sərhədi boyunca Suriya torpaqlarının bir hissəsi də azad olunub.

İraqın mərkəzində Tikrit şəhəri azad olunub və ötən ay İD Ramadidən çıxarılıb.

“Bütün bunlardan sonra düşmənin zəiflədiyinə inanırıq”, Warren deyib və İŞİD-in maydan bəri yeni ərazi tutmadığını vurğulayıb.

Ancaq İİD hələ də Suriyada, İraqın şimalında və qərbində böyük ərazilərə, eləcə də ölkənin ikinci böyük şəhəri olan Mosula nəzarət edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net