Rusiya bombası “200 suriyalını öldürüb”
Tarix: 23-12-2015, 09:50 | Çap et
Rusiya bombası “200 suriyalını öldürüb”
Amnesty International təşkilatınnın yeni hesabatında deyilir ki, Rusiyanın Suriyadakı hava zərbələrindən azı 200 dinc sakin həlak olub.

Təşkilat bildirir ki, hesabatın hazırlanması üçün sentyabrın 30-dan bəri Suriyanın 5 ərazisinə edilmiş 25 Rusiya hücumunun nəticələrini araşdırıb.

Hesabatda deyilir ki, nəticələr Rusiyanın beynəlxalq humanitar qanunları ciddi şəkildə pozduğunu göstərir.

Moskva bir qayda olaraq yalnız “terrorçuları” hədəflədiyində israr edir.

Digər tərfdən Qərb Rusiyanı İŞİD-i yox, mötədil müxalifətin mövqelərini hədəfləməkdə ittiham edir.

Amnesty təşkilatının hesabatında deyilir ki, Rusiyanın Homs, Hama, İdlib, Latakiya və Hələb üzərinə hava hücumları araşdırılıb və telefonla 16 şahiddən müsahibələr alınıb.

Bu da qeyd olunur ki, Rusiya zərbələrinin törətdiyi itkiləri təsdiq edən video və foto materialları mövcuddur.

Bildirilir ki, təkcə noyabrın 29-da İdlibdəki Ariha bazarına endirilmiş raket zərbələrindən 49 dinc sakin həlak olub.

Hesabatda deyilir ki, Rusiya təyyarələri dəqiq tuşlanmayan bombalardan əhalisi sıx olan ərazilərdə istifadə edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net