Tehran Səudiyyə ilə dialoq istəyir
Tarix: 22-12-2015, 10:19 | Çap et
Tehran Səudiyyə ilə dialoq istəyir
Tehranın Xarici İşlər Nazirliyi dekabrın 21-də bildirib ki, regional mübahisələrin həlli naminə rəqibi Səudiyyə Ərəbistanı ilə “birbaşa dialoq”a açıqdır.

Şiə İranı və sünni krallıq Suriya, İraq və Yəmən münaqişələrində bir-birinə zidd mövqe tutublar. Onların ziddiyyəti Bəhreyndən tutmuş Livanadək hiss olunur.

İran İraq və Suriya hökumətlərini dəstəkləyir, onları İslam Dövləti (İŞİD) silahlı qruplaşması ilə mübarizədə hərbi məsləhətlə təmin edir.

Riyad isə Suriyadakı üsyançı qrupları dəstəkləyir.

İran XİN-in sözçüsü Hossein Jaber Ansari deyib ki, Səudiyyənin yeni səfiri tezliklə Tehrana gələcək. Əvvəlki səfir bir ildən çoxdur İrandan gedib.

Səudiyyə Ərəbistanı 34 sünni müsəlman ölkəsinin iştirakıyla antiterror koalisiyası yaradıb, İran, İraq və Suriya buraya daxil deyil. Ancaq Ansari bu addımı birbaşa tənqid etməyib.

Ancaq sözçü onu da deyib ki, krallıq “ikili standartlardan qaçmalı”, əməliyyatlar aparılan ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət etməlidir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net