Tiflis dünyaya səsləndi: “Rusiya Qafqaz üçün…”
Tarix: 3-12-2015, 10:25 | Çap et
Tiflis dünyaya səsləndi: “Rusiya Qafqaz üçün…”
Biz beynəlxalq ictimaiyyəti Rusiya ilə qondarma Abxaziya rejimi arasında 26 noyabr 2015-ci ildə imzalanmış hərbi razılaşmaya qiymət verməyə səsləyirik.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Rusiyanın bu müqavilə ilə beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bildirib:

“Abxaziya Gürcüstanın bir hissəsidir. Onunla imzalanan istənilən müqavilə beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Biz Rusiya tərəfinin növbəti provokativ addımından narahatıq. Bu, Gürcüstanın və bütün regionun təhlükəsizliyi üçün böyük təhdid yaradır. Gürcüstan hakimiyyətinin bütün çağırışlarına baxmayaraq, Rusiya bu sənədi hazırlamaqla bir daha 12 avqust 2008-ci ildə imzalanan atəşkəs müqaviləsinin şərtlərini pozdu”.

Qeyd edək ki, Rusiya noyabrın 26-da qondarma Abxaziya rejimi ilə vahid hərbi birliklərin yaradılması haqqında müqavilə imzalamışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net