Orxan Pamuk ölümə məhkum edilmiş şairə dəstək oldu
Tarix: 2-12-2015, 10:11 | Çap et
Orxan Pamuk ölümə məhkum edilmiş şairə dəstək oldu
Nobel mükafatı laureatı Orxan Pamuk və Türkiyənin başqa məşhur yazarı Elif Şafaq barəsində ölüm cəzası çıxarılan fələstinli şair Əşrəf Fayada dəstək olublar. Modern.az türk mediasına istinadən xəbər verir ki, Fələstin şairin inancından dönməsi əsas gətirilərək, ona Səudiyyə Ərəbistanı tərəfindən ölüm cəzası kəsilib. Bu məqsədlə 2016-cı ilin 14 yanvar tarixində Berlində Əşrəf Fayadı müdafiə xarakterli “Oxu” aksiyası keçiriləcək. Aksiyada Türkiyədən Orxan Pamuk və Elif Şafaq şairi müdafiə məqsədilə demokratik durumu əks etdirən mətnlər oxuyacaqlar.

Qeyd edək ki, Berlində baş tutan aksiyaya bir çox Nobel mükafatı laureatları da qatılacaq. Onların arasında Noam Xomski və Elfrida Yelimek kimi məşhur şəxslər də var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net